Xroniki xolesistit - İnstrumental müayinə metodları
22.01.2021 09:59

Xroniki xolesisititə diaqnoz qoymaq üçün ən çox USM və rentgenoloji metodlardan istifadə edilir.

 

Xəstəlik zamanı rentgenoloji müayinədə öd kisəsi və digər həzm orqanlarının çoxsaylı funksional və ya üzvi dəyişiklikləri müəyyən edilir. Öd kisəsinin kontrast müayinəsində (xolesistoqrafiya, xolangioqrafiya) aşağıdakılar müəyyən edilir:


- ödün konstentrasion qabiliyyəti
- hərəki funksiyanın pozğunluğu
- perixolisistitdə deformasiya
- öd axacağının qeyri-bərabər dolması
- öd kisəsinin qıvrılması
- öd kisəsində əyilmələr

 

Öd çıxarıcı yolların vəziyyətini, qara ciyərin udma-ifrazetmə funksiyasını öyrənmək üçün radioizotop metod tətbiq edilir. Daha dəqiq diaqnostika üçün onu çoxmomentli fraksion duodenal zondlama ilə birgə tətbiq edilir.

 

Öd kisəsi və öd axacaqlarının daha dəqiq öyrənilməsi üçün radiorentgenoxromodiaqnostik metod tətbiq edilir. Bunun mahiyyəti ondan ibarətdir ki, çoxmomentli zondlama və radioizotop müayinə ilə eyni vaxtda xolesistiqrafiya yerinə yetirilir. Bu müayinənin vasitəsilə öd kisəsinin yığılma qabiliyyəti, daşın olub-olmaması, öd kisəsi divarının qalınlığı təyin edilir.

 

Xroniki xolesistitdə çox vaxt öd kisəsi divarının qalınlaşması və sklerozlaşması, onun deformasiyası aşkar edilir. Öd kisəsinin müayinəsi zamanı USM-ə əks göstəriş yoxdur. USM xəstəliyin kəskin formasında, kontrast maddələrə qarşı həssaslıq olduqda, hamiləlikdə və ödçıxarıcı yolların pozğunluqlarında tətbiq oluna bilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama