Türkiyədən gələn psixoloq heyəti Fəxri Xiyaban və Şəhidlər Xiyabanında olub
21.01.2021 12:12

Türkiyədən Azərbaycana gələn 20 nəfər psixoloq heyəti Fəxri Xiyaban və Şəhidlər Xiyabanında olub.

 

Aztibb.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili baş idarəsinin rəisi General-mayor Elşad Hüseynov, Tibbi və Psixoloji Yardımın Təşkili şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyeva və Türkiyədən gələn həkim nümayəndə heyəti ilk olaraq ümumilli lider Heydər Əliyevin və şəhidlərin məzarlarını ziyarət ediblər.

 

Daha sonra jurnalistlərin suallarını cavablandıran nümayəndə heyətinin rəhbəri Selçuk Demirtaş bildirib ki, bütün sahələrdə olduğu kimi, bu sahədə də Türkiyə qardaş Azərbaycanın yanındadır: "Azərbaycanın torpaqlarını işğaldan azad etməsi bizi çox sevindirdi. Təəssüflər olsun ki, müharibədən sonra müəyyən fəsadlar da özünü göstərir. Rəhbərlik etdiyim nümayəndə heyəti Türkiyənin müxtəlif bölgələrindən cəlb olunan təcrübəli psixoloqlardır".

 
“Yaxın 1 ay ərzində həkimlərimiz burada şəhid ailələrinə, qazilərə və müharibədən zərər görmüş şəxslərə yardım üçün əllərindən gələni edəcəklər”, - deyə S.Demirtaş əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb