Bərdə və Ağdamda kənd tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilir  
19.01.2021 21:03

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) Bərdə və Ağdam rayonlarında məskunlaşmış məcburi köçkünlərə və yerli əhaliyə xidmət göstərən tibb müəssisələrinin maddi-texniki bazasını gücləndirmək məqsədilə həmin müəssisələrin texniki ehtiyaclarını araşdırıblar.

 

Aztibb-az-ın məlumatına görə, Agentlikdən bildirilib ki, araşdırma nəticəsində dövlət səhiyyə sisteminə daxil olan və ilkin səhiyyə xidməti üzrə fəaliyyət göstərən 28 tibb müəssisəsinin zəruri texniki ehtiyacları müəyyən edilib. GIZ tərəfindən ilkin səhiyyə xidməti üzrə fəaliyyət göstərən 28 kənd tibb müəssisəsinə 26 adda tibbi avadanlıq, ləvazimat və mebel dəstləri ianə edilib.

 

Bununla əlaqədar, keçirilən təhvil-təslim mərasimində agentliyin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Ruslan Abdullayev, İnzibati idarəetmə departamentinin məsul əməkdaşı Cavid Ağazadə, həmçinin “Cənubi Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin iqtisadi və sosial inkişafı” proqramının (EPIC) əməkdaşları Günel Mustafayeva və Jalə Ələkbərova iştirak ediblər.

 

Yardımın təyinatı üzrə Bərdə və Ağdam rayonlarına çatdırılması agentlik tərəfindən həyata keçiriləcək.

 

EPIC Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tapşırığı ilə GIZ tərəfindən Azərbaycanda icra olunur. Proqram həssas əhali qruplarının iqtisadi müstəqilliyinə və icma işlərində iştirakına dəstək məqsədi daşıyır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır