İmmunitetin möhkəmləndirilməsi üçün su qəbul edilməsi mühüm şərtdir
19.01.2021 17:16

Təkcə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı deyil, digər infeksion xəstəliklərə qarşı mübarizədə immunitet sisteminin güclü olması çox əhəmiyyətli rol oynayır. İmmunitet sistemi fərdi xarakter daşısa da, onun gücləndirilməsi mümkündür. Bu sahədə mövsümü meyvələrlə qidalanmaq və gün ərzində çoxlu maye qəbul etmək əhəmiyyətli rol oynayır.

 

Aztibb.az xəbər verir ki, həkim-terapevt Sübhan Hacıyev su qəbulu qaydaları barədə məlumat verərək deyib: “Hər kəs öz bədən çəkisini 0,5-ə vurmaqla alınan rəqəmin onun mayeyə olan tələbatını öyrənə bilər. Məsələn, çəkisi 80 kiloqram olan insan gün ərzində 4 litr maye qəbul etməlidir. Yaxşı olar ki, onun 2 litri təbii su, qalanı isə qəbul edilən duru yeməklər, içilən çay və mayelərdən ibarət olsun. Ən azı mayenin 50 faizinin təbii su olması mütləq şərtdir”.

 

“Lakin həddindən çox ifrata da varmaq olmaz, çünki su intoksikasiyası deyilən bir anlayış da var. Suyu qədərindən çox içmək ona qarşı ikrah hissi, ürəkbulanma yaradır və o yerə gəlib çıxır ki, su qəbul edilməsi tamamilə dayandırılır. Suyun yaratdığı köp, mədə-bağırsaq traktının pozulması, ishal və s. hallar olur. Ona görə də bunları nəzərə almaq lazımdır”, - deyə həkim-terapevt əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama