Mayonezdən imtina etmək üçün 5 SƏBƏB
19.01.2021 14:00

Mayonez günəbaxan və ya zeytun yağı, yumurta sarısı və xardalın qarışımından hazırlanmış sousdur. Onun tərkibinin 70 faizini yağlar təşkil edir. Sousa sirkə (və ya limon şirəsi), ədviyyatlar, şəkər, duz da əlavə olunur.

 

Aztibb.az ria.ru-ya istinadla xəbər verir ki, həkim-diyetoloq Olqa Sizova mayonezdən imtina etmək üçün 5 səbəbə diqqət çəkir.

 

Çəki artımına səbəb olur

 

"Mayonez maddələr mübadiləsi və ya artıq çəki problemləri olanlar üçün zərərlidir. Salatların əksəriyyətində onu yağsız yoqurt, xardallı xama və ya balzamik sousu ilə əvəz etmək lazımdır.  Əgər siz arıqlamaq istəyirsinizsə, mayonezi ev xəmirinə əlavə etmək, kartof və ya kotletlərin yanında yemək olmaz", - həkim-diyetoloq Olqa Sizova bildirib.

 

"Yüngüllük" nisbidir

 

"Yüngül" mayonezdə kalorilik təxminən 100 qramda 300-400 kilokolori təşkil edir. Bir xörək qaşığı üçün yağlı mayonezlə "yüngül" mayonezin kilokoloriləri arasındakı fərq çox deyil. Bundan başqa, insanlar düşünürlər ki, "pəhriz" mayonezini salata daha çox əlavə etmək olar. Bu yanlış düşüncədir.

 

Mədəaltı vəzinə zərbə

 

Əgər mədəaltı vəzi ilə bağlı problemlər, öd daşı, diskeneziya varsa mayonez kəskinləşməni provokasiya edə bilər.

 

Qaraciyər daha pis işləyə bilər

 

50 yaşdan sonra yağlardan istifadəni məhdudlaşdırmaq lazımdır: gündə 40-50 qram yağ maksimal mümkün rəqəmdir. Onun hansısa bir hissəsi mayonezin payına düşə bilər. Daha çox yağ yaşlı insanlarda qaraciyər problemləri yarada bilər. Beləliklə, mayonezi menyudan çıxarmaq daha yaxşıdır, yağları isə daha yüksək qida dəyəri olan məhsullardan (zeytun yağı, pendir, çərəzlər) almaq lazımdır.

 

Sirkə turşusu (uksus)

 

Sirkə turşusu mayonezin saxlanılması müddətini uzadan təbii konservantdır. Əgər kəskinləşmə mərhələsində olan mədə və ya bağırsaq xəstəlikləri varsa bu məhsulu rasiyondan tamamilə çıxarmaq vacibdir. Turşu və yağlar mədənin selikli qişasına neqativ təsir edə bilər.

 

Xatırlamaq lazımdır ki, mayonez qidaya əlavədir, və onu əvəz etmək məcburi deyil: onu gündə bir xörək qaşığından artıq yeyilməsi məsləhət görülmür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama