Eyni qidaları tez-tez istəmək müəyyən xəstəliyin əlaməti ola bilər
19.01.2021 10:58

Amerikanın “Reader's Digest” jurnalının məlumatına görə, şirniyyata can atmaq yuxu çatışmazlığının əlaməti də sayılır. Jurnalda yayımlanan araşdırmaya görə, yuxu müddəti artdıqda şirin bir şey yemək istəyi daha az hiss olunur. Ancaq bir insanı şirniyyatlardan şokalad xüsusi cəlb edirsə, psixoloji sağlamlıq barədə düşünmək lazımdır. Bu, depressiyanın əlaməti ola bilər. Şokoladın tərkibində maqnezium və teobromin var. Bu maddələr əzələlərin rahatlaşmasına və stres hormonlarının azalmasına kömək edir.

 

Bəzi insanlarda olan buz sormaq istəyinin bir səbəbi ola bilər. Bu, dəmir çatışmazlığı və anemiya əlaməti sayılır. 2016-cı ildə həkimlərin apardığı tədqiqata görə, bu, dəmir çatışmazlığına işarədir. Eləcə də kir və ya sabun kimi yeyilməsi mümkün olmayan şeyləri yemək istəyi də dəmir çatışmazlığı anemiyasının simptomu hesab olunur.

 

Sodalı, qazlı içki istəyi isə kofein, kalsium çatışmazlığı barədə məlumat verə bilər. Bu tip içkilər sümüklərdən kalsium və maqneziumu atır, bu da osteoporoza, sümüklərin əriməsinə səbəb olur.

 

Alimlər hesab edir ki, çips və kartof yemək istəyi varsa, bu halda kifayət qədər omeqa-3 yağ turşusu qəbul etməyi düşünməlisiniz. Bu vəziyyətdə daha çox yağlı balıq, avokado, qoz-fındıq yemək olar.

 

Güclü susuzluq diabetin bir simptomu ola bilər. Güclü bir aclıq hissi isə bədəndə kifayət qədər maye olmadığına dair xəbərdar edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama