İflicin müalicəsi üsulu TAPILDI - Tədqiqat
18.01.2021 18:00

Professor Ditmar Fişerin rəhbərlik etdiyi tədqiqat qrupu iflic olmuş siçanlara hərəkətliliyini qaytara biliblər.

 

Aztibb.az meddaily.ru-ya istinadla xəbər verir ki, bunun üçün hiper-interleykin-6 zülalı tədqiqata cəlb olunub. O, sinir hüceyrələri və onların çıxıntıları olan aksonların regenerasiyasını stimullaşdırır.

 

Alimlər motor-sensor korteksinin sinir hüceyrələrini hiper-interleykin-6 istehsal etməyə məcbur edə biliblər. Bu məqsədlə tədqiqatçılar gen terapiyasına müraciət ediblər: zülalın istehsalı üzrə təlimatlar viruslu sinir hüceyrələrinə daxil edilib. Daxiletmə hərəkətedici proseslər üçün əhəmiyyətli olan digər sinir hüceyrələri ilə bağlı motoneyronlarda həyata keçirilib. Bu əlaqənin mövcudluğu hiiper-interleykin-6-nı nisbətən çətinliklə gedilə bilən bölgələrə daşımağa imkan verib.

 

Beləliklə, yalnız bir neçə sinir hüceyrəsinin gen terapiyası müalicəsi beyindəki sinir hüceyrələrini və onurğa beynində bir neçə hərəkət traktının sinir hüceyrələrinin böyük sahəsindəki aksonların regenerasiyasını stimullaşdırıb.

 

Onurğa beyninin travmasından 2-3 həftə sonra gəmiricilər yeriməyə başlayıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama