Yunanıstan Aİ daxilində hərəkət üçün birgə peyvənd şəhadətnaməsinin qəbuluna çağırıb
15.01.2021 15:00

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyenə məktub göndərərək ölkədə turizmin tezliklə bərpası və ittifaq vətəndaşlarının özünü tezliklə peyvənd olunmasını stimullaşdırmaq üçün Avropa İttifaqı (Aİ) daxilində hərəkət üçün birgə rəqəmsal peyvəndlə bağlı qanunun qəbul olunmasının vacibliyini bildirib.

 

Aztibb.az xəbər verir ki, məktub AK sədrindən əlavə, Aİ-nin bütün dövlət və hökumət başçılarına, səhiyyə və ərzaq təhlükəsizliyi komissarı Stella Kiriakiduya da göndərilib. Rumıniya Prezidenti Klaus Yohannis Yunanıstanın bu təşəbbüsünü tənqid edərək, şəhadətnamənin hərəkət üçün deyil, səhiyyə müəssisələrində, ailə həkimləri üçün ehtiyac olduğunu bildirib.

 

Qeyd edək ki, Yunanıstan yanvarın 21-də videokonfrans şəklində keçiriləcək Aİ sammitində məsələ ilə bağlı müzakirələrə başlamaq istəyir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, artıq dünyanın 40 ölkəsində koronavirusa qarşı vaksinasiya həyata keçirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb