“Virtual Diabet Məktəbi” layihəsi üzrə anlaşma memorandumu imzalanıb
15.01.2021 19:31

Yanvarın 15-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Novo Nordisk” şirkəti arasında “Virtual Diabet Məktəbi” layihəsi üzrə anlaşma memorandumunun onlayn imzalanması mərasimi keçirilib. Mərasimdə “Novo Nordisk” şirkəti, Agentlik və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri iştirak ediblər.

 

Aztibb.az-ın məlumatına görə, agentlikdən bildirilib ki, memorandumu Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və “Novo Nordisk” şirkətinin Azərbaycan üzrə meneceri Gülşabə Abbasova imzalayıblar.

 

Layihənin əsas məqsədi ölkədə ictimaiyyətin diqqətini şəkərli diabetlə mübarizəyə yönəltmək və əhalini bu istiqamətdə maarifləndirərək sağlam həyat tərzi keçirməyə sövq etməkdir.

 

Agentliyin İdarə Heyətinin sədri bildirib ki, şəkərli diabet XXI əsrdə ən geniş yayılmış xəstəliklərdəndir: “Hər il dünyada ölümlərin 11.3 faizi şəkərli diabetlə bağlı olur. Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir”.

 

Onun sözlərinə görə, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır: “İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu birgə səylərimizlə mənfi tendensiyanı müsbətə doğru çevirməyə yeni imkanlar açır”.

 

“Novo Nordisk” şirkətinin korporativ vitse-prezidenti Emil Larsen öz növbəsində bildirib ki, 95 ildən artıq tarixi olan “Novo Nordisk” şirkəti dünyanın 75 ölkəsində fəaliyyət göstərir. 1998-ci ildən isə Azərbaycanla tərəfdaşlıq edir: “Hazırda dünyanın 170 ölkəsində 30 milyon şəkərli diabet daşıyıcısı şirkətin məhsullarından istifadə edir, bununla da insulinə olan tələbatın təxminən 50 faizi şirkət tərəfindən təchiz edilir”.

 

Daha sonra ekspertlər tərəfindən “Novo Nordisk” şirkətinin Azərbaycandakı fəaliyyəti və layihənin ölkəmiz üçün üstünlükləri barədə məruzələr edilib.

 

Qeyd edək ki, “Novo Nordisk” şirkəti şəkərli diabetin müalicəsində tibbin ən yeni nailiyyətlərdən istifadə edən dünya üzrə tanınmış şirkətdir. Şirkət dünyada şəkərli diabetlə yaşayan milyonlarla insana və şəkərli diabetə tutulma riski olanlara öz dəstəyini ifadə edir, həmin xəstəliklə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşmasına daim öz töhfəsini verir.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma