Uşaqlarda immuniteti formalaşdıran əsas FAKTORLAR
15.01.2021 13:09
İmmunitet – orqanizmin vacib sistemlərindən biri olub, onun yad amillərə, infeksiya törədicilərinə qarşı müdafiəsidir. Körpə doğulduqdan sonra ana südü ilə qidalandırıldıqda, ananın keçirmiş olduğu xəstəliklərə qarşı yaranan immunoqlobinlər ana südü vasitəsilə uşağa keçir. Təbii ki, uşağın həyatının ilk günlərində onu xəstəliklərdən qoruyan ən böyük faktorlardan biri ana südüdür.
“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Nigar Mirzəyeva “Körpə və uşaqların immun sisteminin möhkəmləndirilməsi” mövzusunda ətraflı məlumat verib.
O, bildirib ki, bəzən analar südün əkilməsi zamanı aşkarlanmış stafilokokk infeksiyasına görə ana südü verməkdən imtina edir və ana südündən uşağa mikrob keçəcəyindən qorxurlar. Təbii ki, dərimizdə yüzlərlə bakteriya var və südü sağıb analizə verən zaman həmin mikrobların süddə tapılması normaldır. Bunu səbəb gətirərək uşağı əmizdirməyən analar, bununla da körpələrə bir sıra infeksion xəstəliklərin keçməsi riskini artırmış olurlar.
Hansı hallarda ana südü verilməməlidir?
- Əgər anada aktiv vərəm varsa
- Əgər ana QİÇS xəstəsidirsə
- Əgər ana onkoloji xəstəliyinə görə kimyaterapiya alırsa, bu zaman ana süd verməyə bilər.
Uşaqlarda immuniteti formalaşdıran ikinci əsas faktora peyvəndlər aiddir. Vaxtında və düzgün aparılmış vaksinasiya uşaqlarda ağır infeksion xəstəliklərə qarşı immunitet formalaşdırır və onlar bu xəstəlikləri keçirmirlər. Peyvəndlərlə əngəllənə biləcək xəstəliklər, uşaq yaşlarında rast gəlinən və ölüm faizi yüksək olan xəstəliklərdir.
- Ananın hamiləlik dönəmində spirtli içki qəbul etməsi və siqaret çəkmə kimi zərərli vərdişlərinin olması, uşağın immunitetinin düzgün formalaşmamasında rol oynayan faktorlardandır.
- Uşaqlarda düzgün rejimin olması, bol vitaminli meyvə-tərəvəz qəbulu, gün ərzində maye qəbulu – bunlar da immunitetin normal olmasına zəmin yaradan faktorlardır.
Onun sözlərinə görə, uşaqlar 2-5 yaş arası dövrdə ildə 7-10 dəfə virus infeksiyasına yoluxa bilirlər. Valideynlər bunun uşaqların immun sisteminin zəif olması ilə əlaqədar olduğunu düşünürlər. Halbuki bu fikir yanlışdır. Bağçaya gedən, toplumla tanış olan uşaqların müxtəlif viruslarla kontaktda olub, onlara tez-tez yoluxması normaldır və bu dövrdə keçirilən infeksiyaların çoxu virus mənşəli olduğundan, lazımsız antibiotik istifadəsi həm antibiotiklərə qarşı rezistenliyin əmələ gəlməsinə, həm də uşaq orqanizmində olan faydalı mikrofloranın məhv olmasına gətirib çıxarır.
Bu dövrdə uşaqların tez-tez xəstələnməsini görən valideynlər, çarəni uşağı bağçadan çıxarmaqda görürlər. Belə olduqda, uşaqlar bağça dönəmində keçirə bilmədikləri virus xəstəliklərini məktəb dövründə keçirir, bu isə uşaqların tez-tez məktəbdən qalması ilə nəticələnir. Ən çox verilən sual isə bu olur – hansı immunitet dərmanı verək ki, uşaq xəstələnməsin? Təbii ki, belə bir dərman yoxdur. Yalnız qeyd etdiyim kimi, vaxtında vurulan peyvəndlər, düzgün qidalanma, düzgün yuxu rejimi, meyvə-tərəvəzə üstünlük vermək – immuniteti yüksək saxlamaq üçün ən gözəl faktorlardır.
Bu bölməyə aid digər xəbərlər
Ürəyinizin gecələr özünü tam bərpa etdiyini bilirdinizmi?
14.08.2026 | 11:36
İmpetiqo - Uşaqlarda yoluxucu dəri infeksiyasına diqqət!
14.08.2026 | 11:27
Süd vəzi xərçəngindən necə qorunmalı? - Erkən diaqnoz həyat xilas edir
13.08.2026 | 12:10
İnsulin və qaraciyər arasında hansı əlaqə var? – Həkim açıqladı
12.08.2026 | 09:42
“Həkimlərimizi tanıyın!” – Pediatr-neonatoloq Aygün Sadıxova
11.08.2026 | 16:24
LDL normaldırsa, ürəyiniz təhlükəsizdirmi?
11.08.2026 | 12:46
Rentgen, MRT, yoxsa KT? Hansı müayinə nə vaxt lazımdır?
11.08.2026 | 10:20
Həddindən artıq isti hava beyin üçün təhlükə yaradır
10.08.2026 | 11:44
Hamiləlikdə qan şəkəri yüksəlibsə, bunu gözardı etməyin – Endokrinoloqdan xəbərdarlıq
10.08.2026 | 10:46
İqlim baxımından dayanıqlı pəhriz insult və depressiya riskini azalda bilər
10.08.2026 | 10:40
ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb
06.08.2026 | 18:49
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
13.08.2026 | 13:43
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
07.08.2026 | 15:59
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
11.08.2026 | 13:25
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər
06.08.2026 | 14:38
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
07.08.2026 | 12:54
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
07.08.2026 | 15:50
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
07.08.2026 | 16:20
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
05.08.2026 | 12:15
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
06.08.2026 | 14:33
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır
06.08.2026 | 11:56
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat
08.08.2026 | 16:06
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
05.08.2026 | 15:30
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
05.08.2026 | 12:45
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
08.08.2026 | 18:18

