Diqqət! Bu dərmanları hər zaman əl altında saxlayın
15.01.2021 12:32
Əl altında saxlanılan dərmanlara və ləvazimatlara sarğı materialları, yaralar, yanıqlar və qanaxmanın qarşısını almaq üçün istifadə olunan materiallar, ağrıkəsicilər, antihistamin preparatları və mütəmadi olaraq qəbul olunan dərmanlar aiddir. Hər hansı xəstəlik zamanı yalnız həkimin təyin etdiyi dərmanlardan istifadə etmək lazımdır, əks halda bu, sağlamlığa ciddi zərər vura bilər.
Bu barədə “Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının Təcili yardım şöbəsinin həkimi Dr.Nərgiz Kərimova “Hansı dərmanların əl altında olması vacibdir?” sualını cavablandırarkən məlumat verib.
Həkimin sözlərinə görə, bəzən insanlar lazım oldu-olmadı, “bəlkə lazım oldu”, - düşünərək müxtəlif dərmanları alıb yığaraq, saxlayırlar. Bunun bir mənası varmı və sizi qəfil hər hansı xəstəlik yaxalayarsa, bu dərmanların köməyi olurmu? Hazırda pandemiya dövrüdür və biz tez-tez apteklərdən lazım olan dərmanların yoxa çıxmasının şahidi oluruq. Halbuki, həmin dərmanlar hər zaman əlçatan olub. Bu, ilk növbədə, həkimin təyinatı ilə müntəzəm olaraq dərmanlar qəbul edən insanlara mənfi təsir göstərir. Belə ki, həmin dərmanlar birdən-birə apteklərdə defisitə çevrilir:
"Yadda saxlamaq lazımdır ki, hər bir xəstəlik zamanı, o cümlədən virus xəstəliklərində yalnız həkimin təyin etdiyi dərmanlardan istifadə etmək lazımdır. Həkim xəstəyə dərman təyin edərkən, pasiyentin anamnezinin çoxlu incəliklərini, dərmanların bir-biri ilə ziddiyyətlərini, qarşılıqlı təsirinin xüsusiyyətlərini nəzərə alır. Özbaşına bu dərmanları qəbul etmək çox pis nəticələrə - ağırlaşmalara səbəb ola bilər. Hazırda elə xəstələr var ki, başqasına yazılmış reseptdən istifadə edir, bu onun xəstəliyinin ağırlaşmasına səbəb olduqda isə deyir ki, qohum da bu dərmanları qəbul edib və sağalıb.
Lakin hər orqanizm eyni deyil və birinə yaxşı təsir edən hər hansı dərman başqa birisinə əks təsir göstərə bilər. Hormonal preparatların və antibiotiklərin qəbuluna da maksimum dərəcədə ehtiyatla yanaşmaq lazımdır. Çox təəssüflər olsun ki, hazırda COVID-19 infeksiyasının yayılması ilə əlaqədar olaraq, insanlar özbaşına olaraq belə dərmanları külli miqdarda qəbul etməklə, profilaktika məqsədilə bu cür səhvlərə yol verirlər. Özünümüalicə faydadan artıq ziyan gətirə bilər".
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50

