COVID-19 xəstələrinə qoyulan “buzlu şüşə” diaqnozu nədir?
09.07.2020 17:39

Koronavirus dövründə geniş yayılmağa başlayan bir diaqnoz var - "buzlu şüşə" mənzərəsi. Bəzən bunu "buz kristalı", "buz parçası" kimi də adlandırırlar.

 

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının radioloqu, ATU-nun kafedra müdiri Məlahət Sultanova bir çox vətəndaşı adı ilə qorxuya salan "buzlu şüşə"nin mahiyyətini açıqlayıb.

 

Həkim qeyd edib ki, bəzən normal hallarda da "buzlu şüşə" görüntüsü radioloji görüntülərdə izlənilə bilər. Məsələn, müayinə zamanı xəstə dərindən nəfəs almazsa və ya müayinə nəfəsvermədə aparılarsa, ağciyərin havalılığının fizioloji ekspirator zəifləməsi səbəbindən bütün ağciyər sahələri homogen olmaqla "buzlu şüşə" görüntüsü verə bilər.

 

Trend-in saytında bildirilir ki, hazırda "buzlu şüşə" görüntüsü koronavirus pnevmoniyasının əsas radiodiaqnostik əlaməti hesab edilir. Bu ,o deməkdir ki, normalda şəffaf havalı görünən ağciyərdə belə hallarda yarımşəffaf zonalar izlənilir, ağciyər sanki dumanlı görünür:

 

"Bu zaman bronx strukturlarının və pulmonar damarların saxlanması ilə ağciyərlərin eksudat və ya transudatla tutulması, interstisial qalınlaşmalar və ağciyər alveollarının hissəvi kollapsı ilə müşahidə olunan görüntü meydana çıxır. "Buzlu şüşə" xəstəliyin 3-4 günlərindən inkişaf etməyə başlayır və xəstə sağaldıqdan hətta bir ay sonra belə qala bilir. Xəstəliyin yüngül və orta ağır dərəcəsini keçirmiş xəstələrdə 2-3 aydan sonra dəyişikliklər tamamilə itir".

 

Radioloq M.Sultanova bildirib ki, indi onlara ən çox verilən sual "buzlu şüşə" görüntüsünün indiyədək mövcud olub-olmaması ilə bağlıdır.

ÇOX OXUNANLAR
 Şərur rayonunun Kərimbəyli kəndində tibbi aksiya: 98 nəfər müayinə olunub   
50 yaşlı pasiyentdən çəkisi 6 kiloqramdan artıq olan nəhəng mioma cərrahi yolla xaric edilib
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
90 yaşlı alimlə MÜSAHİBƏ
 TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb   
 Yeni Klinikanın invaziv kardioloqu beynəlxalq konqresdə həmsədr olub   
 Sabirabad RMX-da “Etik davranış qaydaları və xidmət mədəniyyəti” mövzusunda maarifləndirici təlim keçirilib    
İsmayıllı RMX-nın iki əməkdaşı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib
Sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur
 Suraxanı Tibb Mərkəzində “Bronxial astma tutmalarının idarəedilməsi” mövzusunda təlim keçirilib   
 Daun sindromlu azyaşlı həkimlərin operativ müdaxiləsi sayəsində həyata qaytarılıb   
 Mərkəzi Klinikanın ümumi cərrahı Böyük Britaniyada beynəlxalq konqresdə çıxış edib   
Daşkəsəndə tanınmış ginekoloq uzun sürən xəstəlikdən sonra vəfat edib
Ölkəmiz İspaniyada keçirilən Avropa Respirator Cəmiyyətinin Beynəlxalq Konqresində təmsil olunub
 Qobustan RMX-da mürəkkəb cərrahi əməliyyat icra olunub