Mühüm kəşf: İlan zəhəri insan hüceyrələrinin koronavirusa yoluxmasının qarşısını alır
14.01.2021 23:23

Rusiya Elmlər Akademiyasının Bioorqanik Kimya İnstitutunun laboratoriya müdiri Yuri Utkinin rəhbərlik etdiyi alimlər qrupu insan hüceyrələrinin koronavirusa yoluxmasının qarşısını ala biliblər.

 

Aztibb.az meddaily.ru-ya istinadən xəbər verir ki, alimlər bunun üçün gürzə və başqa ilanların zəhərinin tərkibindəki fosfolipaz ailəsindən olan fermentlərdən istifadə ediblər.

 

Müəyyən olunub ki, koronavirusun səthində öz strukturuna görə hüceyrə membranının fosfolipaz A2 (PLA2) molekullarının hücüm etdiyi hissələrinə oxşar piy molekulları mövcuddur. Hüceyrələr üzərində işləmək üçün gürzələrin bir neçə növünün zəhərindən PLA2 molekulları xaric edilib. İlan zəhərinin bütün formaları hüceyrələrdə virusun artımını dayandırıb. Nikol gürzələrinin zəhərindəki fosfolipaz növləri isə xüsusi effektivlik göstərib.

 

Onların zəhərindən hazrılanmış fermentlər virusun yayılmasını dayandırır, qidalandırıcı mühitdə virus hissəciklərini məhv edir və onlara hüceyrələrin səthindəki reseptorlarla birləşməyə mane olur.

 

Qeyd olunur ki, fosfolipazın effektiv dozası hüceyrələrin özlərinin səthini məhv etmir və onlarda təhlükəli dəyişikliklərə səbəb olmur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama