Mədə yarası və xroniki qastrit xəstələri necə qidalanmalıdırlar?
14.01.2021 11:00

Son illər stresslərin artması və süni qidalardan istifadələrin çoxalması səbəbindən mədə xəstələrinin sayı artıb.

 

Mədə xəstəlikləri zamanı xəstəlik vaxtında və düzgün müalicə edilmirsə, mədədə xora xəstəliyi əmələ gəlir ki, bu da özünə qarşı diqqət və qayğı tələb edən bir xəstəlikdir. Həkimin göstərişləri ilə yanaşı mədə xəstələri bir çox qaydalara da mütləq əməl etməlidir. Mədə yarası və qastrit xəstələri hansı qidaları yeməlidir?


II növ buğda unundan bişmış çörək və bol suda bişmiş makaron.


Düyüdən, yarmadan bişirilmiş şorba və sıyıqlar.


Şit kərə yağı və bitki yağları.


Südlü şorbalar, həlimli xörəklər, tərəvəz bulyonları.


Az miqdarda şəkər və arı balı.


Göyərtilərdən cəfəri, şüyüd, keşniş.


İçkilərdən turş olmayan meyvə şirələri.


İtburnu, bağayarpağı dəmləmələri. Soyuq və çox qaynar içkilər qətiyyən tövsiyə olunmur.


Çiy soğan, sarımsaq və ədviyyatlar məsləhət görülmür. Duzun miqdarı azaldılmalıdır.


Bu cür xəstələr aşağıdakı qaydalara əməl etməlidir:


- yeməyi az-az və tez-tez yeməlidirlər


- yeməklərini və içkilərini nə  çox isti, nə də soyuq qəbul eləməlidirlər


- belə xəstələr süd-yumurta məhsullarına üstünlük verməlidirlər


- spirtli içkilər, qazlı sular, kofe, tünd çay, konservləşdirilmiş ət, içalat və ondan hazırlanan yeməklər, çox qızdırılmış qidalar, ərinmiş yağlar, tomat və yağlı yeməklər, qənnadı məmulatları istifadə etməməlidirlər


- Ağrılar olduğu zaman qidaları ancaq süddən ibarət olmalıdır.

 
Ağrı tutmasından sonra pəhrizə ən azı 2 həftə əməl olunmalıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama