Naxçıvan Muxtar Respublika Xəstəxanası qazilərimiz üçün humanitar tibbi aksiya keçirib
12.01.2021 23:01

Naxçıvan Muxtar Respublika Xəstəxanası Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, onlara yüksək səviyyədə səhiyyə xidmətinin göstərilməsi üçün Şərur rayonunda humanitar tibbi aksiya keçirib.

 

Baş həkim Zəbur Bağırovun rəhbərliyi ilə 19 nəfərdən ibarət briqada Şəhriyar, Danyeri, Qarahəsənli, Püsyan, Maxta, Oğlanqala, Gümüşlü, Təzəkənd, Alışar, Cəlilkənd, Xələc və Çərçiboğan kəndlərində yaşayan 18 Vətən müharibəsi qazisinə evlərində tibbi xidmət göstərib. Qazilər müxtəlif müayinələrdən keçirilib, tibbi yardım göstərilib, dərman və tibbi maska, müvafiq təyinat və məsləhətlər verilib, 3 qazi rentgenoloji və fizioterapevtik müayinə və müalicə üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət edilib.

 

Vətən müharibəsi qaziləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb. Komissiyanın təşkilatçılığı ilə aksiya muxtar respublikanın digər rayonlarında da keçiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb