Adenoid orqanizm üçün təhlükəli ola bilər - Hansı hallarda kəsilməlidir?
12.01.2021 18:35

Bəzən uşaqlarda yuxuda olan zaman ağzı açıq halda yatma, xoruldama, qızdırma olmadığı halda arabir öskürmə müşahidə edilir. Bu əlamətlər müşahidə edilən uşaqlarda diqqətin dağılması, hiperaktivlik və əsəbilik baş verir. Bu, uşaqlarda badamcıqların əmələ gətirdiyi problemlərdir.

 

Badamcıqlarda adenoidlərin əmələ gəlməsi uşaqlarda bir-sıra patoloji əlamətlərin əmələ gəlməsinə səbəb olur.

 

Normal şərtlər altında badamcıqlar orqanizm üçün müdafiə rolunu oynayır. Amma bəzi hallarda onlar orqanizm üçün təhlükəli sayılır və bu zaman xaric edilir.

 

Adenoidlər çox hitertrofiyalaşdıqda onu vaxtında orqanizmdən xaric etmək lazımdır. Uşaqlarda adenoidlərin gec xaric olunması onlarda müxtəlif patologiyalara səbəb olur. Çünki adenoidlər burun yollarını tutduğuna görə uşaqlar ağız vasitəsilə nəfəs alırlar və bu da onların beyninə oksigenin normal çatmamasına, beyində oksigen aclığına səbəb ola bilir.

 

Adenoidlər 3-14 yaşlarına kimi uşaqlarda qoruyucu funksiya daşıya bilir. Bu funksiyaya adenoid virus infeksiyalarının burun yollarından daxil olmasını əngəlləyərək nail olur. Bəzi valideynlər uşaqlarının yaşlarının az olduğundan qorxaraq adenoidin xaric olunmasını ləngidir. Onlar bunu narkozdan qorxduqlarına və uşaqlarının yaşının az olmasına əsaslanaraq qeyd edirlər. Lakin həkim adenoidin kəsilməsinə göstəriş vermişsə, onu ləngitməyin nəticələri daha ağır ola bilər.

 

Adenoid yeni doğulmuş uşaqlarda nisbətən kiçik olur. O uşağın 5 yaşına kimi böyüyür və burun yollarında virus və bakteriyaların düşməsinin qarşısını alır. Uşaq sağlam olduqda adenoid bu yaşdan sonra tədricən kiçilməyə başlayır və 14 yaşlarında atrofiyalaşır.

 

Bəzən bu proses ciddi problemlərə səbəb ola bilir. Belə ki, adenoidin hipertrofiyası orta qulağın, eşitmə yollarının funksiyasının zəifləməsinə səbəb olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama