Səsin zəifləməsinə səbəb olan XƏSTƏLİKLƏR
12.01.2021 18:29

Səsdə zəifləmə, xırıltı və səs dəyişməsinin baş verməsi müxtəlif səbəblərdən baş verə bilir. Səslərdə baş verən dəyişikliklər bəzən ciddi bir xəstəliyin də əlaməti ola bilər. Buna görə də belə zamanlarda həkimə müraciət etmək lazımdır.

 

Səsdə dəyişikliyin baş verməsinə aşağıdakı xəstəliklər səbəb ola bilər:

 

1. Laringit soyuqdəymə zamanı səs tellərində baş verən xəstəlikdir. İnfeksiya xəstəlikləri zamanı meydana çıxır. Ən çox yuxarı tənəfüs yollarının xəstəlikləri zamanı baş verir.

 

2. Səs tellərində polip olduğu zamanlarda da səs dəyişilir. Poliplər adətən xoşxassəli olur və öskürdükdə qan görünməsi ilə özünü biruzə verir.

 

3. Mədənin reflyuks xəstəliyi zamanı da səsdə dəyişikliklər baş verə bilir. Reflyuks xəstəliyi zamanı mədədə turşuluq atrıq olur və turşu qida borusu və boğazda yanma hissi verir. Bu səbəblə də səsdə dəyişiklik baş verə bilir. Reflyuks xəstəliyi olan adamlar ədviyyatlı, turşulu qidalar, köfe və tünd içkilər içilən zaman xəstəliyin əlamətləri artır.

 

4. Siqaret çəkən adamlarda da səs dəyişikliyi baş verə bilir. Bu siqaretin tərkibində olan toksinlərin səs tellərinə vurduğu zərər nəticəsində baş verir.

 

5. Səs telləri iflic olduqda səs tamam qısıqlı çıxır, insan istəsə də danışmaqda çətinlik çəkir.

 

6. Səs telləri və boğaz bölgəsində xərçəng xəstəliyi olduğu zamanlarda xəstənin səsi zəifləyir və hətta tamamilə kəsilə də bilir.

 

Bütün hallarda mütləq həkimə müraciət etməli və səs tellərində əmələ gələn patologiyanı yaradan səbəbi aradan qaldırmaq lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama