Köp üçün mükəmməl vasitə - Boymadərən içkisi
12.01.2021 22:07

Mənşəyindən asılı olmayaraq köpün bütün növlərini müalicə etmək üçün xalq təbabətində boymadərən içkisindən istifadə olunur. 

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib. 

 

"Boymadərən çox faydalı bitkidir. Onun bütün şəfalı xüsusiyyətləri suda dəmləməsində mövcuddur. Boymadərən içkisi sulu dəmləmədən fərqlənir. Boymadərən istənilən ağır yeməyi həzm etməyə kömək edir", - deyə həkim bildirib.

 

Onun sözlərinə görə, böymadərən içkisi yemək zamanı 2 xörək qaşığı içilsə, yeməkdən sonra heç bir köp əlamətləri olmur, mədə-bağırsağı işləməyə məcbur edir, bununla da sancı və köp əlamətlərini aradan götürür. Hətta bağırsaqlarında şiş xəstəliyi olanlar belə köpdən əziyyət çəkirlərsə, yenə də yemək zamanı 2-3 qaşıq içsələr köpdən azad olarlar. Dadı xoşa gəlmədikdə suya qarışdırıb içmək olar.

 

F.Hüseynov, həmçinin içkinin hazırlanma qaydasını təqdim edib: "100 qram boymadərən otu 1 litr suya tökülüb qaynadılır, qaynama zamanı əmələ gələn su buxarı tutulub kondensasiya edilir (buxar soyuq suyun içindən keçirilir)". 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama