Ombudsman hərbi qulluqçularımıza tibbi xidmət göstərmiş həkimlərlə görüşüb
12.01.2021 17:20

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vətən müharibəsində iştirak edən hərbi qulluqçularımıza tibbi xidmət göstərmiş bir qrup həkimlə görüş keçirib. Ombudsman Aparatında keçirilən görüşdə fədakar həkimlərimiz Mahir Əliyev, Elnarə Salmanlı, Adil Cümşüdov, Vüqar Ələkbərov və Sevinc Təbrizli iştirak ediblər.

 

Ombudsman Aparatından verilən məlumata görə, Ombudsman Səbinə Əliyeva həkimlər və tibb işçilərinin Vətən müharibəsi zamanı yaralanmış hərbi qulluqçulara göstərdiyi tibbi xidmətlər və qayğıya görə onlara təşəkkür edib. Hərbi qulluqçularımızın həyat və sağlamlığının qorunması, reabilitasiyası, psixoloji vəziyyətlərinin yaxşılaşmasında onların xüsusi rolu olduğu vurğulanıb. Ombudsman, həmçinin könüllü olaraq döyüş bölgəsində xidmət etmiş, şəhid olmuş və yaralanmış tibb işçilərimizin xüsusi fədakarlığından söz açıb.

 

Səbinə Əliyeva Ombudsman təsisatının Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən törədilən cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində 44 günlük müharibə dövründə, eləcə də hazırda həyata keçirdiyi fəaliyyət, habelə yaralanmış və əsirlikdən qaytarılmış hərbi qulluqçularla görüşləri haqqında məlumat verib.

 

Görüşdə iştirak edən həkimlər Vətən müharibəsi dövründə həyata keçirdikləri peşə fəaliyyətləri, tibbi əməliyyatlar zamanı istifadə olunan müasir avadanlıqlar və hərbi qulluqçularımızın qəhrəmanlıqları haqqında danışıblar. Görüşdə ölkə Ombudsmanı tərəfindən həkimlərin müraciətləri dinlənilib.

 

Sonda həkimlərə fəxri fərmanlar təqdim olunub və onlar göstərilən diqqətə görə Ombudsmana təşəkkür ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır