Bir çox xəstəliklərin müalicəsində faydalı olan - BAL
12.01.2021 10:46

Bal bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Lakin hər kəs "təmiz" balı seçə bilmir. Balın keyfiyyətini yoxlamaq üçün bir neçə üsul var - baldan bir qədər götürüb onu əlin iç tərəfinə və ya sinəyə çəkirlər. 5-10 dəqiqə keçməmiş bal dəridən sorulur və yerində az miqdar şirəsiz maye qalır.

 

Mütəxəssislər bildirirlər ki, bala baxanda da onun keyfiyyətini müəyyənləşdirmək olur. Rəngi tünd, yaşılaçalan, qaramtıl olan və ya iki ildən artıq qalan bal keyfiyyətsiz sayılır. Balı su ilı qarışdırıb içdikdə, insan orqanizmini gücləndirir, bütün bədəni, xüsusən də dərini nəmləndirir. Yatmazdan qabaq qəbul olunduqda isə əsəbləri sakitləşdirir. Qaraçörəkotundan alınan yağı balla qarışdırıb oynaqlara sürtdükdə ağrını azaldır.


Qədimdən məlumdur ki, ətə bal sürtüb saxladıqda ət iylənmir və xarab olmur. Bu da balın mikroblara öldürücü təsir göstərməsi ilə əlaqədardır. Buğda unu ilə balın qarışığından qoyulan təpitmə çibanı (furunkulu) yetişdirir və irinin xaric olmasını sürətləndirir. İnək südü ilə qarışdırıb içdikdə isə bəlğəmi durulaşdırır və xaric edir.


Ağız və damaqda olan yaralar da balın təsirindən tez sağalır, boğaz ağrısı tez keçir. Bala bağayarpağı şirəsi qatıb imalə etmək isə bağırsaq yarası üçün faydalıdır. Bu proses 3 gün təkrar olunmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama