Təbii vitamin mənbəyi – Quşarmudu meyvəsi
11.01.2021 20:59

Son zamanlar bütün dünya ölkələrində təbii vitamin mənbələrinə üstünlük verilməyə başlanılıb, çünki təbii vitaminlərin insan orqanizminə heç bir əlavə təsirləri yoxdur. Süni üsulla alınmış vitaminlər isə ağır fəsadlara səbəb olmaqdadır. Məsələn, süni vitaminlərin müntəzəm qəbulundan sonra böyrəklərdə daş, damar keçiriciliyinin həddən çox artması, beyin xərçəngi və s. hallar baş verə bilər.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri həkim-fitoterapevt Fizuli Hüseynov bildirb. O quşarmudu meyvəsinin faydalarından danışıb:

 

"Əgər sizdə yorğunluq, halsızlıq, iştahasızlıq, xəstəliklərə qarşı dözümsüzlük və s. varsa, quşarmudu meyvəsini dəmləyib içməyi məsləhət görürəm. Quşarmudu meyvəsinin tərkibində C, B1, B2, P, PP, E, K vitaminləri, kalium, kalsium, flavonoidlər, dəmir, mis, sink, yod, manqan, rutin, saponinlər, qlükoza, fruktoza, qlikozidlər və s. maddələr mövcuddur".

 

Həkimin sözlərinə görə, quşarmudunun əsəb sakitləşdirici effekti də aşkarlanıb. Yüksək qan təzyiqi, yüksək xolesterini salır, revmatizm əleyhinə təsir göstərir. Podaqra düyünlərinin əridilməsi üçün əla vasitədir. Uşaqlarda vitaminsizlikdə, iştahasızlıqda yaxşı nəticə verir. Dəmləməni balla qarışdırıb içəndə həm dadlı olur, həm də effekti bir qədər də artır. Vitamin tərkibinə görə sitrus meyvələrindən 20 dəfə üstündür.

 

F.Hüseynov əlavə edib ki, quşarmudu meyvəsinin daha effektli olması üçün 250 qram qurudulmuş quşarmudu meyvəsi üyüdülərək toz kimi edilib 1 kq bal ilə qarışdırılmalı, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı yeyilməlidir. O, qeyd edib ki, digər bir üsula görə, 500 qr quşarmudu meyvəsi 300 qr bal götürülür. Quşarmudu meyvələri təzə olmalıdır. Meyvələr 20 dəqiqə suda saxlayınılır, suyu boşaldılıb, meyvələrin üzərinə qaynar su tökülür, 1 dəqiqədən sonra suyu boşaldılır və proses təkrar edilir. Meyvələr yumşaldıqda balla qarışdırılır. Qarışım otaq temperaturunda saxlanılır və hazırladıqdan sonra istifadəyə başlanılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama