Qazilərə psixoloji yardımla bağlı Türkiyədən 20 mütəxəssis dəvət edildi
11.01.2021 17:12

Qazilərimizə, doğmalarını itirən şəhid ailələrinə, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanlara peşəkar psixoloji yardımın effektiv reabilitasiyasının təşkil olunması məqsədilə Türkiyədən 20 nəfər mütəxəssis psixoloq dəvət olunub. 

 

Aztibb.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin məlumatına görə, türkiyəli mütəxəssislərin fəaliyyəti barədə yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək:

 

“Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində əsgərlərimizin erməni təcavüzünə və terroruna qarşı rəşadətlə vuruşaraq əldə etdiyi şanlı qələbə müstəqillik tariximizə yazılan ən şərəfli və şanlı səhifələrdəndir. Lakin müharibənin törətdiyi fəsadlar qazilərimizdə, o cümlədən doğmalarını itirən şəhid ailələrində, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanlarda öz mənfi təsirini də göstərir: posttravmatik stress pozuntusu, depressiya, ünsiyyətdə çətinlik, yuxusuzluq, suisidal fikirlər, aqressiya və digər bu kimi halların yaranmasına da səbəb olur. 

 

Vətəndaşlarımızın həm fiziki, həm də psixi sağlamlığının qorunması milli təhlükəsizliyimizin ən aktual məsələlərindəndir. Bu məqsədlə FHN-in “112” qaynar telefon xətti vasitəsilə vətəndaşlarımıza təcili psixoloji yardımın göstərilməsi fəaliyyəti davam etdirilir. 

 

Müharibənin fəsadları nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımız qaynar xəttə zəng edərək fasiləsiz rejimdə fəaliyyət göstərən psixoloqlara müraciət edə bilərlər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub