“Şellakdan fərqli olaraq, gel dırnağa çox zərər vermir” - Dırnaq boyalarından istifadə edənlərin diqqətinə! - MÜSAHİBƏ
11.01.2021 09:31

 

Qadının əlləri onun yaşının, xarakterinin, özünə necə qulluq etdiyinin bir göstəricisidir. Son zamanlar xanımlar gözəl görünmək üçün qalıcı dırnaq boyalarına üstünlük verir. İşgüzar və vaxtı az olan xanımlar üçün bu, ən optimal variantdır. Dırnaq boyalarının hansı mənfi təsirləri var? Bəs dırnaq qaynağının hansı zərərləri var? Belə dırnaqlardan hər kəs istifadə edə bilərmi və hansı hallarda bu cür boyaların istifadəsi məsləhət görülmür?

 

Uzun illərdir bu sahədə çalışan dırnaq ustası Gülnar Dünmayalıyeva Aztibb.az-a müsahibəsində mövzu ilə əlaqədar sualları cavablandırıb.

 

Müsahibəni təqdim edirik:

 

- Şellak, qaynaq, tipsi və sair. Hansına daha çox üstünlük verilir? Səbəbi nədir?

 

- Şellak və öz dırnağına gel edənlər çoxluq təşkil edir. Özüm xanımların dırnaqlarına baxaraq hansı seçimi etməli olduqlarını məsləhət verirəm. Şellakdan fərqli olaraq, gel dırnağa çox zərər vermir. Çünki hər ay korreksiya olunur, dırnağın özü çox işlənilmir.

 

- Bilirik ki, qan xəstəliklərinə manikur alətləri ilə yoluxmaq mümkündür. Bu alətlərin dezinfeksiyası barədə nə deyə bilərsiz?

 

- Dezinfeksiya çox vacib məsələdir. Bizim işimizdə ehtiyatlı olmaq əsas şərtlərdəndir. Lakin sterilizə olunmuş alətlərlə işlənilərsə, heç bir təhlükə yaranmaz. Həmçinin xanımlar ustaları ilə məsləhətləşərək alətlərini özləri də ala bilərlər.

 

- Qalıcı boyadan istifadə edildikdən sonra fasilə verilməsi mütləqdirmi? Neçə müddət fasilə verilməsini məsləhət görürsüz?

 

- Sağlamlıq baxımından fasilə verilməsi mütləqdir. Qaynaqdan sonra  2-3 ay fasilə tövsiyə olunur. Bəzi xanımlar isə işləri ilə əlaqədar olaraq fasilə vermirlər. Ancaq sağlamlığın daha önəmli olduğunu unutmaq olmaz. Dırnaqların şellak, qaynaq və sair edilməsində istifadə edilən ləvazimatlar qiymətindən asılı olmayaraq kimyəvi maddələrdir. Zamanında fasilə verilməzsə, sonradan bəzi xəstəliklərlə qarşılaşa bilərlər.

 

- Hansı xəstəliklərdə ümumiyyətlə dırnaq manikuruna və ya şellakına icazə verilmir? Hamilə qadınlara zərəri barədə nə deyə bilərsiniz?

 

- Yalnız xərçəng xəstələrinə dırnaq qaynağı etmək qəti olmaz. Ultrabənövşəyi şua həmin xəstələrə zərərli təsir göstərə bilər. Hamilə xanımlar isə həkim məsləhəti ilə qalıcı boyalardan istifadə edə bilərlər.

 

- Şellakdan sonra dırnaqları necə bərpa etmək olar?

 

- Qalıcı boyalar çıxarıldıqdan sonra dırnaqlara qulluq mütləqdir. Tez bərpa üçün dırnaqlar tam kəsilməli, zeytun yağı və ya dırnaq qoruyucu laklardan istifadə edilməlidir.

 

- Hansı yaşdan sonra xanımlara qalıcı dırnaq boyası çəkməyin zərəri olmaz?

 

- Yetkinlik yaşına çatmış xanımlar tam rahatlıqla dırnaq boyalarından istifadə edə bilər. Ancaq onu qeyd edim ki, azyaşlı qızlarımıza boyalar məsləhət deyil. Onların orqanizmi tam formalaşmadığına görə, ultrabənövşəyi şüalar mənfi təsir göstərə bilər.

 

- Bildiyimizə görə, COVID-19 sizdən də yan keçməyib. Virusa pasiyentlərinizdən yoluxmuşdunuz? Xəstəliyi və karantin müdətini necə keçirdiniz?

 

- Bəli, mən də bu virusa youxmuşdum. Lakin, müştərilərimlə çox ehtiyatla işlədiyim üçün onlardan keçməmişdi. Həmin müddətdə təbii olaraq işləmədim. Ev şəraitində müalicə aldıq. 3 həftə ərzində özümə və ailəmə qulluq edərək sağaldıq. Onu da qeyd edim ki, pasiyentlərə yeni sağaldığımı bildirir, koronavirus xofu yaşayan şəxslərin bir müddət gəlməmələrini məsləhət görürdüm. Unutmayaq ki, özümüzlə yanaşı ətrafımızı da qorumalıyıq. Xəstəliyə tutulan və ya tutulmaqdan qorxan şəxslərə demək istəyirəm ki, pozitiv olun, hər bir xəstəliyə qalib gəlmək əlimizdədir.

ÇOX OXUNANLAR
AMEA-da akademik Vəli Axundovun 110 illiyi qeyd edilib
Nizami Tibb Mərkəzinin ümumi cərrahı dünyasını dəyişib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür
Azərbaycanlı alim 16 ölkə transplantoloqlarının toplaşdığı beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
 Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub   
 Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası    
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
“Azərbaycan dili” (ingilis qrupları üçün) dərsliyi işıq üzü görüb
Azərbaycan Pediatrlar Assosiasiyası xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti sosial-mədəni və tibbi aksiya həyata keçirib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri beynəlxalq konfransda təmsil olunublar
Həmkarımızın psixoloji tükəndiyini necə anlayaq?
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının mütəxəssisləri tərəfindən loqoped xidməti təşkil olunub
 Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib   
 Tərtər RMX tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir