Bu əlamətlər uşaqlarda ürək qüsurundan xəbər verir - Araşdırma
10.01.2021 13:36

Təəssüf ki, ürək xəstəliklərinə tək böyüklərdə deyil, uşaqlarda da rast gəlinir. Ağır ürək patologiyaları adətən doğuşdan dərhal sonar aşkar olunur.

 

Lakin bəzi pozulmalar müəyyən vaxta qədər gizli qala bilir. Valideynlər uşaqlarına qarşı daim diqqətli olmalı, uşaqların istənilən "qeyri-adiliyinə" fikir verməli və öz şübhələr və narahatçılığı pediatrla bölüşməlidir. Bu pozulmanı vaxtında aşkar etməyə və fasadların qarşısını almağa yardım edəcək.

 

Pediatrlar uşaqlarda ürək xəstəliklərinə işarə edən aşağıdakı simptomları diqqətdə saxlamağı tövsiyə edirlər.

 

Südəmər uşaqlarda:

 

çəkinin zəif artması;
dərinin göyümtül olması;
tez yorulma (uşaq ananın döşünü zəif əmir, tez-tez fasilələr verir);
aktivliyin az olması;
fiziki inkişafında ləngimə (həmyaşıdları ilə müqayisədə başını gec saxlayır, gec oturur və s.);
təngənəfəslik (nəfəsalmanın tez-tez və səthi olması).

 

Daha böyük uşaqlarda:

 

tez yorulma (uşaq oynayanda, qaçanda həmyaşıdları ilə müqayisədə daha tez yorulur);
ürək nahiyəsində istənilən diskomfort (agrı, narahatçılıq, yanma və s.);
burun-dodaq üçbucağının göyərməsi;
dərinin ağarması;
başgicəllənməsi;
bayılma;
təngənəfəslik;
respirator xəstəliklə bağlı olmayan səbəbsiz öskürək;
ayaqlarda şişkinlik.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama