Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlarla bağlı Dövlət Proqramı uğurla icra olunur
09.01.2021 23:44

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq edilib. Qəbul olunmuş proqram Naxçıvan Muxtar Respublikasında müvafiq sahədə kadr potensialının təkmilləşməsinə və hər bir sağlamlıq imkanları məhdud uşağın layiqli vətəndaş kimi cəmiyyətə inteqrasiya olunmasına əlverişli şərait yaradıb.

 

Müvafiq proqramın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli inkişafı, cəmiyyətə inteqrasiyası, sosial reabilitasiyası, təlim-tərbiyəsi, asudə vaxtlarının səmərəli keçirilməsi, istedadlarının aşkar olunması və s. ilə bağlı ardıcıl tədbirlər həyata keçirib.

 

Belə ki, komitə tərəfindən məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaqlar barədə məlumat bazası yaradılıb. 2020-ci il 1 iyul tarixə olan statistik məlumata əsasən, muxtar respublikadakı bu kateqoriyadan olan 18 yaşadək 1881 uşaqdan 257 nəfərin məktəbəqədəryaşlı uşaqlar olduğu müəyyən edilib. Məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası komitənin diqqət mərkəzində saxlanılıb, 18 uşaq məktəbəqədər təhsil müəssisələrinə cəlb olunub. Komitə tərəfindən bu kateqoriyaya aid uşaqların məktəbəqədər müəssisələrə cəlbi ilə yanaşı, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə cəlbi də diqqətdə saxlanılıb və 9 uşaq mərkəzdəki təlimlərə yönəldilib.

 

 

Proqramın icrasına uyğun olaraq 2016-cı ildə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində fərdi, ailə və uşaq psixoloji məsləhət xidmətinin təşkili məqsədilə psixoloji dəstək xidməti yaradılıb. Hesabat dövrü ərzində komitə tərəfindən 23 sağlamlıq imkanları məhdud uşaq informasiya-kommunikasiya texnologiyaları sahəsində biliklərin artırılması məqsədilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində təşkil olunan məşğələlərə cəlb edilib. Həmçinin müvafiq kateqoriyadan olan 45 uşaq Naxçıvan Uşaq Bərpa Mərkəzinə reabilitasiya üçün yönləndirilib.

 

Hesabat dövrü ərzində 35 sağlamlıq imkanları məhdud uşaq muxtar respublikada fəaliyyət göstərən musiqi məktəblərinə, 45 sağlamlıq imkanları məhdud uşaq isə məktəbdənkənar müəssisələrin dərnəklərinə cəlb olunub. Bununla yanaşı, 4 müvafiq kateqoriyadan olan uşaq peşə məktəblərinə yönləndirilib.

 

İdmanın kütləviliyinin təbliği, uşaqların sağlam və fəal həyat tərzinə yönəlməsi komitənin diqqət mərkəzində olub. Belə ki, komitə tərəfindən bu kateqoriyaya aid 11 uşaq muxtar respublikada fəaliyyət göstərən idman məktəblərinə cəlb edilib. Bu qəbildən olan uşaqların istedadlarının aşkara çıxarılması məqsədilə tədbirlər, o cümlədən yaradıcılıq müsabiqələri, bilik və idman yarışları keçirilməsi də diqqətdə saxlanılıb. 

 

Bundan əlavə, ənənəvi olaraq hər il talassemiya və hemofiliyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib. Hesabat dövrü ərzində keçirilən qanvermə aksiyalarında 40 litr qan toplanaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının Qan Bankına təhvil verilib.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır