Faringit və COVID-19 simptomlarını necə ayırd edək?
09.01.2021 13:14

Boğazda yanma, sancma, ağrı və hərarət faringitin ən qabarıq xüsusiyyətlərindəndir. Koronavirus əlamətləri arasında da yer alan bu əlamətlər insanların xəstəlikləri qarışdırmasına və narahat olmasına səbəb olur.

Aztibb.az faringit və koronavirusun ortaq və fərqli xüsusiyyətləri, onları bir-birindən ayırmağın yollarını təqdim edir. 

 

Faringit boğazdakı "farenks" adlanan bölgənin iltihabı nəticəsində baş verir. Bəzən viruslar, bakteriyalar və ya göbələklər, bəzən də o bölgənin qıcıqlanması nəticəsində meydana gəlir. Burun tıxanıqlığı, davamlı ağızdan nəfəs alma, reflü xəstəliyində mədə turşusunun yuxarıya doğru qaçması, boğazda qıcıqlanma və ya allergiya səbəbi ilə də faringit müşahidə edilə bilər. Onun simptomlarına qıcıqlanma, yanma və sancma şəklində boğazdakı ağrılar daxildir. Xəstəliyin inkişaf etmiş mərhələsində burun axıntısı, səsin tutulması, qızdırma və halsızlıq da görünə bilər. COVID-19  infeksiyasında da bu əlamətlərin bəzilərinin olması iki xəstəliyin qarışmasına səbəb ola bilər.

 

Yeni koronavirus pandemiyasından qorunmaq və yayılmasının qarşısını alma, insanların həyatına maska taxma zəruriliyi də gətirib. Lakin uzun saatlarla taxılan maskalar allergiyası olan insanların gün ərzində burunlarını bağlayaraq ağızdan nəfəs almasına səbəb olur. Bu, boğazda qıcıq yarada və faringiti inkişaf etdirə bilər. Buna görə, maskanı uyğun mühitlərdə çıxarıb təmiz hava almaq çox vacibdir.

 

Bəs sadalanan simptomları olan şəxslər koronavirusa yoluxub-yoluxmadığını necə öyrənə bilər? 

 

Xəstənin 2-3 ildən bir və ya tez-tez faringit olub-olmadığını dəqiqləşdirmək lazımdır. Qeyd etmək lazımdır ki, mövsüm dəyişkənliyi faringit kimi xəstəliklərin ən çox yayıldığı dövrlər hesab edilir. Gün ərzində hava tez-tez dəyişdiyindən, insanın immuniteti asanlıqla zəifləyə bilir. Nəzərə almaq lazımdı ki, hər boğaz ağrısı COVID-19 simptomu deyil. Ancaq koronavirus, tənəffüs yolu ilə ötürülən və ilk yeri yuxarı tənəffüs yolları, xüsusilə, boğaz bölgəsi olan bir infeksiya olduğundan bu zaman hər hansı bir mikrob nəticəsində inkişaf edən faringit simptomları da meydana gələ bilər.

 

Həkimlərin fikrinə görə, insanların bu iki xəstəliyi hiss etdiyi simptomlarla ayırması mümkün deyil, bu səbəbdən mütəxəssisə müraciət edilməlidir. Təkcə boğaz ağrısı ilə xəstənin COVID-19 olub-olmamasını müəyyənləşdirmək mümkün deyil. Xəstənin qızdırma, halsızlıq, baş ağrısı və öskürək kimi şikayətləri müəyyən edilməlidir.

 

Xəstənin ümumi vəziyyəti narahatdırsa, risk qrupundadırsa, vaxt itirmədən xəstə koronavirus testindən keçməlidir. Əgər testin nəticəsi mənfi olduğu halda simptomlar davam edərsə, xəstə yaxından izlənilməli və bu barədə xəbərdar edilməlidir. Klinik mənzərə koronavirus simptomları ilə davam edərsə, bir neçə gün sonra testi təkrarlamaq lazımdır. Bu iki xəstəliyi açıq şəkildə ayırmaq mümkün olmadığından, ehtiyatlı olmaq çox vacibdir. Qoxu və dad itkisi faringit əlaməti deyil. Qoxu hissinin itməsi və bununla əlaqəli bəzi hallarda dadbilmə hissi müşahidə edilə bilir. Ancaq COVID-19-a yoluxma təkcə bu simptomlarla müşahidə edilmir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama