Saatlı xəstəxanasında baş verən qanunsuz hərəkətlə bağlı cinayət işi məhkəməyə göndərilib
09.01.2021 13:10

Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Səidə Şahpələngovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz hərəkətlərə yol verməsi, dövlət əmlakını mənimsəməsi, həkim və tibb işçilərinə işə gəlmədikləri halda əməkhaqqı verməsi faktları üzrə Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

 

Saatlı Rayon Prokurorluğunun məlumatında bildirilib ki, istintaqla Səidə Şahpələngovanın Fətəlikənd kənd sahə xəstəxanasının sabiq baş həkimi Cəməsəddin Əhmədov, həmin xəstəxanada həkim stomatoloq vəzifəsinə işə qəbul olunmuş oğlu Fuad Nəbiyev və baş həkim Səidə Cəlilova ilə xeyli miqdarda pul vəsaitini mənimsənilməsinə dair razılığa gələrək qabaqcadan əlbir olub bir qrup şəxs halında, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq Cəməsəddin Əhmədova və Səidə Cəlilovaya qanunsuz göstəriş verməklə tərtib olunmuş davamiyyət tabellərində Fuad Nəbiyevə əmək haqqı hesablanmasına dair bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığına yol verərək 13 min 706 manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

 

Bundan başqa, Saatlı rayonunun Qara Nuru kənd həkim məntəqəsinin sabiq müdiri İbrahiməjdər Hüseynovun tibb bacısı Aytac Əhədova tərəfindən faktiki olaraq görülməyən işlərə görə qanunsuz olaraq əmək haqqı köçürülməsi yolu ilə 2646 manat məbləğdə pul vəsaitlərini öz qulluq mövqeyindən istifadə edərək mənimsəməsinə, Səidə Şahpələngovanın isə belə nəticənin baş verə biləcəyi imkanını görməyərək səhlənkarlıq etməsinə şübhələr üçün əsaslar müəyyən olunub.

 

İş üzrə toplanmış sübutlar əsasında Səidə Şahpələngovaya Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq), Cəməsəddin Əhmədov, Səidə Cəlilova və İbrahiməjdər Hüseynova isə Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələri ilə ittiham elan edilib. Cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır