Azərbaycanda ilk dəfə olaraq narkozsuz ağciyər əməliyyatı keçirilib
08.01.2021 20:55

Dövlət Təhlükəsizlik Xidməti Hərbi Tibb Baş İdarəsində ilk narkozsuz ağciyər əməliyyatı keçirilib.

 

Bu barədə tibb elmləri üzrə fəlsəfə doktoru, torokal cərrah Cəmil Ələkbərov Medical Media kanalına verdiyi açıqlamada deyib.

 

Həkimin sözlərinə görə, xəstənin diaqnozu ağciyərin bullyoz kistası, gərgin hemopnevmatoraks, dərialtı enfizema olub.

 

“Əməliyyat zamanı anestezioloq-reanimatoloq Kənan Əhmədov interkostal blok etdi və xəstə ağrı hiss etmədi. Əməliyyat 20 dəqiqə çəkdi, xəstə danışa-danışa endoskopik yolla ağciyər əməliyyatı icra olundu. Ağciyərin defekti və kistası  ləğv edildi, qanaxma saxlanıldı” – deyə həkim vurğulayıb. 

 

Cərrah Ələkbərov əlavə edib ki, əməliyyatdan 2 saat sonra 28 yaşlı xəstə ayağa qalxıb, sərbəst şəkildə gəzib, qida qəbuluna başlayıb: “Halbuki narkoz alan xəstə yalnız bir gün sonra qalxıb gəzə bilər və maye, qida qəbul edə bilər.  Narkoz verilən xəstələr də əməliyyat daha çox vaxt aparır, narkozdan ayılmaq üçün zaman lazımdır. Həddindən artıq çox dərman istifadə edilir.  Xəstələr narkozdan sonra çox halsız vəziyyətdə olurlar. Yalnız narkotik tərkibli ağrıkəsici vurulur. Narkozsuz Ağciyər əməliyyatından sonra isə sadə ağrıkəsici vurulur, xəstə tez bərpa olur. 2-3 saat sonra sanki xəstə heç əməliyyat olmayıb. Heç bir narahatlıq olmur”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır