Şəfalı şərbətlər və onların FAYDALARI
08.01.2021 11:14

Bu içkilərin hazırlanma və istifadə qaydalarına diqqətlə riayət etsəniz, özünüz və ətrafınız üçün çox fayda əldə edərsiniz. Çünki bu içkilər demək olar ki, bütün xəstəlikləri əhatə edir. Aztibb.az xəbər verir ki, bu fikirləri həkim-fitoterapevt Fizuli Hüseynov bildirib. 

 

Zəncəfil – sirkə – bal

 

Əgər ürəkbulanma, baş-gicəllənmə, köpmə, osteoporoz, revmatizm, sidik-cinsiyyət orqanlarında iltihab, digər iltihabi xəstəliklər, allergiya, şəkər, qan dövranı pozulması, qadınlarda aybaşı pozulması, ağız və boğaz yaraları kimi xəstəliklərlə qarşılaşmısınızsa, bu şərbətdən istifadə olunmalıdır:

  • Təzə zəncəfil – 50 qram
  • Alma sirkəsi (təbii) – yarım stəkan
  • Bal – 1 stəkan

 

Əvvəlcə zəncəfil sürtgəcdən keçirilir, suyu sıxılır, sonra tərkib hissələri və zəncəfilin şirəsi, bir-birinə qarışdırılıb gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı içilir. Şərbət soyuducuda saxlanılmalıdır. Şəkər xəstələri yarım stəkan bal istifadə etməlidir.

 

Sarımsaq – sirkə – bal

 

Tez-tez xəstələnmə, əsasən də yuxarı tənəffüs yollarının xəstəlikləri, bağırsaq qurdları, yüksək təzyiq, əl-ayaq barmaqlarınızda göbələk, yüksək xolesterin hallarında, xərçəngin müalicə və profilaktikasında, tez-tez yara və çiban əmələ gəlirsə, öd durğunluğunda, cinsi zəiflikdə, saçların tökülməsində, əsəb pozulmasında, qan qatılaşmasında, iştahsızlıqda, herpes infeksiyanın müalicəsində istifadə olunan şərbət belə hazırlanır:

  • Sarımsaq (yerli) – 10 diş
  • Alma sirkəsi – 1 stəkan
  • Bal – 1 stəkan

 

Sarımsaq sürtgəcdən keçirilir, tərkib hissələri bir-birinə qarışdırılır, gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı içilir. Göbələk və herpes zamanı gündə 2 dəfə xaricə sürtülür.

 

Bal – limon – su

 

C vitamini çatışmazlığı zamanı, qaraciyərin, mədə-bağırsağın şlaklardan təmizlənməsi üçün, böyrək və öd daşlarında, görmə zəifliyində, kalsium, dəmir, fosfor çatışmazlığında, ağız və diş əti, dəri yaralarında, düşüncə, yaddaş və diqqət zəifliyində belə şərbət hazırlanır:

 

1 xörək qaşığı bal, 1 ədəd limonun təzə sıxılmış şirəsinə qarışdırılır, üstünə su tökülərək 1 stəkan həddinə çatdırılır. Gündə 1 dəfə səhər yeməyindən 1 saat əvvəl içilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama