Muxtar respublikada səhiyyə xidmətinin səviyyəsi xeyli yüksəldilib
07.01.2021 19:47

Muxtar respublika sakinlərinin sosial rifahının yüksəlməsinə əsaslanan, səhiyyə xidmətlərinin səmərəliliyini, keyfiyyətini xeyli artırmaq məqsədi daşıyan icbari tibbi sığortanın əhatə dairəsinin daha da genişlənməsinə yol açan tibb ocaqlarının müasir tələblərə cavab verən şəkildə qurulması işi 2020-ci ildə də uğurla həyata keçirilib. 


Aztibb.az xəbər verir ki, bu istiqamətdə görülən quruculuq tədbirləri çərçivəsində Ordubad Rayon Gigiyena və Epidemiologiya Şöbəsi, Şərur rayonunun Məmmədsabir, Ordubad rayonunun Vənənd, Culfa rayonunun Camaldın kəndlərində həkim ambulatoriyaları, Şərur rayonunun Muğancıq-Mehrab, Qarabürc, Babək rayonunun Nəcəfəlidizə kəndlərində feldşer-mama məntəqələri, Duzdağ Fizioterapiya Mərkəzinin inzibati binası istifadəyə verilib.

 

Həmçinin Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin, Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic, Şahbuz rayonunun Ağbulaq kəndlərində həkim ambulatoriyalarının, Ordubad Rayon Uşaq Xəstəxanasının, Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin yenidən qurulması hazırda davam etdirilir. İnfrastruktur quruculuğu ilə yanaşı, səhiyyə müəssisələrinə 12 təcili tibbi yardım avtomobili də verilib ki, bu da tibbi personalın işini xeyli asanlaşdırmaqla yanaşı, həm də sakinlərin sağlamlığının qorunmasına, xidmətin keyfiyyətinin yüksəldilməsinə geniş imkanlar açıb.

 

2020-ci ildə dünyada pandemiya halını alan virusun muxtar respublikada yayılmasının qarşısının alınması sahəsində çoxmiqyaslı tədbirlər görülüb, bu məqsədlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, müasir laboratoriya qurulub və lazımi tibbi ehtiyatlar alınıb. Virusla mübarizə məqsədilə səhiyyə müəssisələri ümumi dəyəri 4 milyon 700 min manatdan artıq olan tibbi avadanlıqlar, dərman və ləvazimatlar, həmçinin dezinfeksiya məhlulu ilə təmin edilib. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 20 aprel və 23 iyun tarixli sərəncamlarına əsasən,  dövlət tibb müəssisələrində çalışan tibb işçilərinə, o cümlədən Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin və digər dövlət qurumlarının pandemiya ilə mübarizədə profilaktik dezinfeksiya tədbirləri həyata keçirən işçilərinə, aylıq vəzifə maaşlarının 1-3 misli məbləğində mükafat və müddətli əlavələr ödənilib. Bütün yaşayış məntəqələrində görülən qabaqcıl tədbirlərin, davamlı dezinfeksiya işlərinin aparılmasının nəticəsidir ki, ölkə səviyyəsində xəstəliyə ən aşağı yoluxma halı məhz muxtar respublikada müşahidə olunur.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
 Göz sağlamlığı üçün ümidverici nəticə: Vitamin B3 qlaukoma riskini azalda bilər