İnsult xəstələrində indiyədək icra olunmayan əməliyyat artıq mümkündür - Azərbaycanlı alim
06.01.2021 15:52

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayevin dünyanın məşhur tibb mütəxəssisləri ilə birgə ərsəyə gətirdiyi elmi tədqiqat nevrologiya sahəsində ixtisaslaşmış nüfuzlu "JAMA Neurology" (impakt faktor 13,6) jurnalı tərəfindən çapa qəbul edilib.

 

Tədqiqat jurnalda dərc olunaraq elmi ictimaiyyətə təqdim ediləcək.

 

Azərbaycanlı alimin Amerika, Avropa və Asiyanın bir neçə məşhur elm adamları ilə birlikdə həmmüəllif olduğu araşdırmada insult xəstələrində indiyədək həyata keçirilməyən kiçik damar əməliyyatlarının uğurlu icrasının mümkünlüyü göstərilib. Tədqiqatda bu əməliyyatların effektivliyinin bu günə qədər icra olunan böyük damar əməliyyatları qədər yararlı olduğu sübut edilib.

 

Eyni zamanda, elmi əsərdə xəstələrin əməliyyatdan ciddi şəkildə faydalanmasından və hətta onların ölümünə səbəb olacaq hallardan qorunmasından da bəhs edilib. Belə ki, indiyə qədər kəskin işemik insultdan əziyyət çəkən şəxslər üzərində yalnız böyük damar əməliyyatları həyata keçirilirdi və kiçik damar əməliyyatlarının təhlükəli olduğu bildirilirdisə, yeni elmi tədqiqatla kiçik damar əməliyyatlarının uğurlu icrasının mümkünlüyü sübut olunub.

 

Qeyd edək ki, N.Abdullayev 2020-ci ildə apardığı digər elmi tədqiqatlarla müasir tibb sahəsində bir sıra yeniliklərə imza atıb. Azərbaycanlı alim təkcə 2020-ci ildə dünyanın ən nüfuzlu jurnallarında dərc edilən 19 elmi tədqiqata müəlliflik edib. O, COVID-19 virusu ilə bağlı dünya elminə mühüm elmi tədqiqatlar və tutarlı elmi nəticələr təqdim edən ilk azərbaycanlı alimdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır