Yüksək təzyiq zamanı hansı qidalar qəbul edilməlidir? - Həkim-fitoterapevt açıqladı
06.01.2021 14:15

Vaxtında müalicə olunmayan hipertoniya xəstəliyi sağlamlıq üçün təhlükəli hesab olunur. Belə ki, uzun müddət müalicə olunmayan yüksək təzyiq miokard infarktı, insult, ürək çatışmazlığı, qulaqcıqların səyrici aritmiyası, aşağı ətraf damarlarının xəstəlikləri, görmə qabiliyyətinin itirilməsi və böyrək çatışmazlığı kimi fəsadlara aparıb çıxara bilər.

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.

 

“Təzyiqin yüksəlməsinin qarşısını almaq üçün daha çox müxtəlif həblərdən istifadə edilir. Həmin dərmanların bir qrupu kaliumun bədəndən xaric olmasına səbəb olur, bir qrupu qanda sidik turşusunun miqdarını artırır, artroz və oynaq ağrılarına səbəb olur. Dərmanların digər qrupunun qəbulu isə qaraciyər, mədə və mədəaltı vəzi zədələyir. Əslində, yüksək təzyiq orqanizmin çağırış simptomudur və ayrıca bir xəstəlik deyil, onun kökündə hansısa bir problem durur", - deyə F.Hüseynov bildirib.

 

O, qeyd edib ki, ilk növbədə, yüksək təzyiqdən əziyyət çəkənlərə artıq çəkilərini qaydaya salmağı, aktiv həyat tərzi sürməyi, xörək duzundan az istifadə etməyi məsləhət görürük. Hipertoniya zamanı beyin, ürək, böyrək və böyrəküstü vəzi müayinə etdirmək lazımdır. Eləcə də qanda xolesterinin yüksək səviyyəsi arterial təzyiqin normadan yuxarı qalxması ilə nəticələnir. Osteoxondroz və fəqərəarası disk yerdəyişmələri baş-beyni qidalandıran vertebral arteriyaları sıxır və arterial təzyiqin yüksəlməsinə səbəb olur. Hipertoniyanın digər səbəbi isə əsəb, stres və gərginlikdir.

 

Həkim-fitoterapevtin dediyinə görə, təzyiqi normallaşdırmaq üçün mütləq şəkildə qidalanmaya diqqət edilməlidir. Hər gün balqabaq şirəsi içilməsi qaraciyər, böyrək və ümumiyyətlə orqanizm üçün çox gözəl detoksdur. Yemək və salatlarda limon və sirkədən istifadə etmək də faydalı nəticələr verir.

 

O, bir neçə resept də təklif edib: “1 litr suya 1 limon sıxılır, 1 çay qaşığı sürtkəcdən keçirilmiş təzə zəncəfil, 1 çay qaşığı bal və 1 xörək qaşığı alma sirkəsi əlavə edilərək gün ərzində içilir. 2 xörək qaşığı yemişan meyvələri termosda 3 stəkan 80 dərəcə istilikdə olan suda dəmlənilir, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan içilir. Bəzən yüksək təzyiqi olan xəstələrin ayaqlarında şişkinlik əmələ gəlir. Bu zaman yemişanla birlikdə sidikqovucu kimi gilas saplaqlarından və qarğıdalı saçaqlarından istifadə edilməsi məsləhətdir. Həmin bitkidən 1 xörək qaşığı eyni qayda ilə dəmlənilib qəbul edilir. Yunan lavandası və ballı nanə bitkilərindən hərəsindən 1 xörək qaşığı olmaqla 3 stəkan suda 15-20 dəqiqə dəmlənilərək gündə üç dəfə yeməkdən 1 saat qabaq qəbul edilir”.

 

F.Hüseynovun dediyinə görə, bütün bu bitkilərin kompleks şəklində qəbul edilməsi bir neçə həftə ərzində təzyiqi normal vəziyyətə salır. Bundan sonra bitkilər azaldılır və müalicə proseduru yalnız yemişan dəmləməsi ilə davam etdirilir.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti
Həddindən artıq isti hava beyin üçün təhlükə yaradır
 Göz sağlamlığı üçün ümidverici nəticə: Vitamin B3 qlaukoma riskini azalda bilər