Bakıda polis karantin qaydalarına nəzarəti gücləndirdi
05.01.2021 17:37

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi Bakı şəhərində quraşdırılmış xüsusi postlarda, fəaliyyətinə icazə verilən obyektlərdə və ictimai yerlərdə DİN-in hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

 

Aztibb.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, müvafiq icazələrin yoxlanılması ilə yanaşı, sosial məsafəni gözləməyən və tibbi maskalardan düzgün istifadə edilməyən qapalı məkanlarda, ictimai nəqliyyatda nəzarət tədbirlərinin keçirilməsində əsas məqsəd əhalinin sağlamlığının qorunması, sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.

 

DİN əməkdaşları tərəfindən sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilir, bu qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq və digər inzibati tənbeh tədbirləri tətbiq edilir.

 

Paytaxtda, eləcə də respublikamızın digər şəhər və rayonlarında xüsusi karantin qaydalarına əməl olunması məqsədilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davamlı olaraq həyata keçirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb