ABŞ-da tibb işçilərinin əksəriyyəti COVID-19 əleyhinə peyvəndlənməkdən imtina edir
05.01.2021 14:21

ABŞ administrasiyasının siyasətinə müvafiq olaraq, COVID-19 əleyhinə vaksin, ilk növbədə, tibb işçilərinə vurulur. Lakin bütün ölkə üzrə onların əksəriyyəti peyvəndlənməkdən imtina edir.

 

Aztibb.az xəbər verir ki, bu həftənin əvvəlində Ohayo ştatının qubernatoru Mayk DeVayn onun ştatında yerləşən ahıllar evlərinin işçilərinin təxminən 60 faizinin peyvəndlənməmək barədə qərara gəldiklərini bildirib. Nyu-Yorkun təcili tibbi yardım xidmətlərində çalışan əməkdaşların yarısından çoxu da skeptisizm nümayiş etdiriblər. Hesabatlara görə, hazırda Kaliforniyada və Texasda çox sayda tibb işçisinin vaksindən imtina etmələri müşahidə olunur.

 

Kaliforniya ştatında əhalinin sıx yaşadığı dairələrdən biri olan Riversaydda tibb işçilərinin təqribən 50 faizi preparatdan imtina ediblər. Peyvəndləməyə qarşı çıxış edən respondentlər vurğulayıblar ki, vaksinin işlənib hazırlanmasına siyasətin necə təsir etməsi məsələsi onları ciddi narahat edən məsələlərdəndir. Peyvəndləmədən hamiləliklə əlaqədar imtina etmək qərarı verən Kaliforniya xəstəxanasında çalışan tibb bacısı bildirib ki, onun həmkarları da vaksinləmədən imtina ediblər. Çünki onların fikrincə, pandemiyanı vaksinsiz də ötüşdürmək mümkündür. Bir neçə gün bundan əvvəl peyvənd alan amerikalı tibb bacısı birbaşa efirdə bayılıb, bu da işlənib hazırlanmasından bir ildən az vaxt keçmiş vaksinə qarşı amerikalılar arasında inamsızlıq yaradıb.

 

Harvarddan olan epidemioloq Mark Lipsiç bildirib ki, təkcə tibb işçiləri arasında deyil, həm də əhali arasında vaksindən imtinanın belə yüksək faizi ümumilikdə problemə çevrilə bilər. O deyib: “Bizim bir cəmiyyət olaraq daha yüksək səviyyədə fəaliyyət göstərə bilməyimiz mümkün qədər çox sayda insanın qorunmasından asılıdır”.

 

Eyni zamanda, koronavirusa yoluxan amerikalıların sayı xüsusən də yeni il şənliklərindən sonra artmaqda davam edir.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti
 Göz sağlamlığı üçün ümidverici nəticə: Vitamin B3 qlaukoma riskini azalda bilər
Həddindən artıq isti hava beyin üçün təhlükə yaradır