"COVID-19-a yoluxmuş xəstələr göz patologiyalarından da əziyyət çəkirlər" - Həkim-oftalmoloq
04.01.2021 18:10
Bildiyimiz kimi, koronavirus hava-damcı yolu ilə ağız boşluğu və burun vasitəsilə, habelə toxunduğumuz səthlər vasitəsilə başqalarını yoluxdurur. Lakin yaddan çıxarmayaq ki, bu virus gözlərə də düşdükdə, insan koronavirusa yoluxur.
 
“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının oftalmoloqu Dr.Aynurə Əliyeva “Gözlərimizi COVID-19 virusundan necə qoruyaq?” sualını cavablandırıb.
 
Onun sözlərinə görə, mütəxəssislər dəfələrlə bildiriblər ki, bu virusun yoluxma yollarından biri də gözlər, gözün selikli qişasıdır. Həmçinin, koronavirusun fəsad yaratdığı orqanlar arasında gözlər də var.
 
Koronavirusa yoluxmuş xəstələr də göz patologiyalarından əziyyət çəkirlər. Belə xəstələrdə daha çox konyunktivitlərə rast gəlirik. Nadir hallarda keratit, nevrit, uveit, retinit kimi ağırlaşmalar müşahidə olunur.Viruslu konyunktivitin əlamətləri kimi gözdə sulanmanı, qızartını, göz qapaqlarında şişkinliyi, selikli ifrazatı, bəzən ağrı olmasını və işığa həssaslığı göstərmək olar. Bu zaman müalicə əsasən xəstəliyin kəskinliyindən asılı olaraq iltihab əleyhinə qeyri-steroid göz damlaları və süni göz yaşı damlaları ilə təyin edilir:
 
"Göz qapaqlarına həkimin göstəriş bildiyi müxtəlif kompreslər də qoymaq məsləhətdir. Bəzi hallarda antibakterial dərman da təyin edilir. Ağırlaşmalar olmadıqda, bu xəstəlik 14-21 günə tam keçib gedir. Düzgün və vaxtında aparılmayan müalicə isə keratit, uveit kimi patologiyaya səbəb ola bilər. Koronavirus sadəcə gözün səthini deyil, həmçinin qana daxil olaraq daxili strukturunu da zədələyir. Ona görə də, virusun gözlər vasitəsilə daxil olması nəticəsində gözün tor qişası və görmə siniri zədələnə bilər.
 
Eyni zamanda, görmənin zəifləməsinə səbəb həmçinin koronavirusa qarşı istifadə edilən preparatlar da ola bilər. Buna misal olaraq, koronavirusun müalicəsi zamanı istifadə olunan hidroksixlorini göstərmək olar. Həmin dərman preparatından uzun müddət istifadə isə retinopatiyaya səbəb ola bilər. Bəzi insanlar linzadan istifadə edir.
 
Onlar koronavirusa yoluxan zaman eynək korreksiyasına keçməlidirlər. Konyunktivit keçirən linza istifadəçiləri təkrar eyni linzadan istifadə etməməlidir. Eynək istifadəçiləri isə istifadə etdikləri eynəkləri hər gün yuyub təmizləməlidirlər. Unutmayaq ki, göz insan orqanizminin ən zərif, ən mükəmməl, ən gözəl vəzifəni – görməni icra edən orqandır. Gözlərinizi qoruyun ki, ətraf aləmin gözəlliklərini görə biləsiniz".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama