Bu, gözün sağlamlığı üçün çox təhlükəlidir - XƏBƏRDARLIQ
02.01.2021 16:07

Gözə xaricdən daxil olan hər bir cisim yad cisim hesab edilir.

 

Gözə daxil olan yad cisim ölçüsündən asılı olmayaraq gözdə çox böyük narahatçılıqlara səbəb olur. Bəzən adi kül dənəciyi belə gözə düşdükdə həssas göz quruluşunu qıcıqlandırır və xəstəni narahat edir.

 

Gözə yad cisim düşdükdə bu uzun müddət narahatçılıq hissi əmələ gətirməklə yanaşı gözdə qalıcı zədələnmələrə də səbəb ola bilir.

 

Mütəxəssislər gözə yad cisim düşdüyü halda onun xəstə yaxınları tərəfindən çıxarılmasını məsləhət bilmirlər. Onlar yad cismin göz həkimləri tərəfindən çıxarılmasını məsləhət bilirlər.


Gözə düşən yad cismi sərt əşya ilə çıxartmaq olmaz. Bu gözün sağlamlığı üçün çox təhlükəlidir. Gözə düşən cismi çıxarmaq üçün sərt hərəkətlərlə gözə toxunmaq və manevrlər etmək qəti qadağandır.

 

Yad cismi gözdən çıxarmaq üçün istifadə edilən ən pis yöntəm diş çöpündən istifadə edilməsidir. Həkimlər bu üsulla gözlərin zədələnməsinə səbəb olan hadisələrlə tez-tez rastlaşdıqlarını deyirlər.

 

Bəzi hallarda kiprik də geri qatlanaraq gözə girə bilir. Bu zaman xəstələr gözlərinin qıcıqlanmasından, yaşarmadan və qızartıdan şikayət edirlər.

 

Kipriyin qatlanaraq gözə girməsi tibbi praktikada daha çox rast gəlinən patologiyalardan hesab edilir. Bu patologiyanı aradan qaldırmaq üçün gözü geniş açaraq sağa-sola, yuxarıya-aşağıya hərəkət etdirmək və yaş pambıq parça vasitəsilə kipriyi gözdən xaric etmək lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama