Yaponiyada insanların orta yaş həddi yüksəlib
03.08.2020 10:24

Yaponiyada kişilərin və qadınların orta ömür həddi ötən il daha uzun müddət davam edərək rekord səviyyəyə çatıb. 

Aztibb.az xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ötən il Yaponiyada qadınların orta ömür həddi 87,45 il, kişilərinki isə 81,41 il təşkil edib.

Həmin göstərici Yaponiyanın şimal-şərqində 2011-ci ilin martında baş verən zəlzələdən və sunamidən sonra aşağı düşmüşdü. Lakin bundan sonrakı illər ərzində orta ömür müddəti qadınlar üçün yeddi il, kişilər üçün isə səkkiz il ardıcıl olaraq artıb və yeni rekord səviyyəyə çatıb.

Qeyd edək ki, yapon qadınlar uzun ömürlülük baxımından dünyada Honkonq qadınlarından sonra ikinci yeri tuturlar. Yapon kişilər isə Honkonq və İsveçrə kişilərindən sonra üçüncü yerdə qərarlaşıblar.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır