Qaraciyəri illərlə yığılıb qalmış toksinlərdən belə təmizləyə bilərsiniz - Reseptlər
02.01.2021 11:05

İllərlə qəbul etdiyimiz qidalar qaraciyərimizin yüklənməsinə səbəb olur. Bu zaman qaraciyər öz funksiyasını normal yerinə yetirə bilmir. Onun fəaliyyəti zəiflədikdə isə biz baş hərlənmədən, ürəkbulanmadan, enerjimizin azlığından və sağ qabırğaaltı nahiyədə ağırlıq hissinin olmasından şikayət edirik. Qaraciyər funksiyasının zəifləməsi həzmin pozulmasına, dəridə ləkələrin əmələ gəlməsinə səbəb olur.

 

Qaraciyəri ev şəraitində təmizləyərək onun yükünü azaltmaq və funksiyasını yaxşılaşdırmaq mümkündür. Bu xalq təbabəti vasitəsi tamamilə zərərsizdir və ev şəraitində həyata keçirilməsi mümkündür. Bu limonlu-nanəli içkidir. Bu içki qaraciyər daxili damarları və qaraciyəri illərlə yığılıb qalmış toksinlərdən təmizləyir. İçkinin ətri və dadı onun ləzzətlə qəbuluna səbəb olur.

 

Nanəli-limonlu içkinin hazırlanma qaydası:


- 1 xörək qaşığı limonun şirəsi;
- 1 xörək qaşığı portağalın şirəsi;
- 3 xörək qaşığı bal;
- təzə nanə yarpaqları;
- 1 litr su.


Dərin qaba su tökülür və qaynadılır. Yuyulub təmizlənmiş nanə yarpaqları suya əlavə edilir, zəif xodda 5 dəqiqə dəmlənir. Sonra qabdakı su otaq temperaturuna qədər soyudulur. Həmin suya bal, limon və portağalın şirəsi əlavə edilir.


Bu içkidən 10 gün ərzində hər səhər acqarına 1 stəkan qəbul etmək qaraciyəri toksinlərdən təmizləyir və onun fəaliyyətini yaxşılaşdırır.


Daha başqa sadə bir reseptlə qaraciyərinizi təmizləyə bilərsiniz.


Bu vasitə sirroz əlamətlərinin azalmasına səbəb olur.

 

- 1 kq göy soğan
- 800-900 qram şəkər tozu.


Göy soğan ət maşınından keçirilir və ona şəkər tozu əlavə edilir. Qarışım soyuq və qaranlıq yerdə 10 gün saxlanılır və alınan şirə sxemlə qəbul edilir.


Birinci və ikinci günlər gün ərzində 2 dəfə 1 çay qaşığı qəbul edilir. Üçüncü gün isə gündə 3 dəfə, hər dəfə isə 1 çay qaşığı qəbul edilir. Müalicə 1 ay aparılır və 1 ay sonra yenidən təkrarlanır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama