Urogenital kandidozun yaranma SƏBƏBİ - MÜALİCƏSİ
31.12.2020 15:53

Urogenital kandidoz - sinonomləri kandidamikoz, moniliaz, süd yarası və s. - maya göbələkləri tərəfindən törədilən sidik cinsiyyət uzvlərinin, dəri və selikli qişaların xəstəliyidir.

 

Urogenital kandidozun rastgəlmə tezliyi 15%-dən 50%-ə qədər dəyişir. Xəstəliyi Candida albicans göbələyi törədir.
Xəstəlik cinsi yolla keçir.

 

Kandidozun yaranma səbəbləri aşağıdakılardır:


1. Göbələk florasının orqanizmə daxil olmasını təmin edən və qadın orqanizminin ümumi reaktivliyini zəiflədən ekzogen amillər

 

2. Orqanizmin mübadiləsini zəiflədən endogen amillər

 

3. Uzunmüddətli antibiotikterapiyadan sonra baş verən disbakterioz


Təsnifatı:


Kandidozun bir neçə forması ayırd edilir:


*Səthi

 

*Visseral


*Disseminəolunmuş

 

*Kandidoallergiya

 

Bundan başqa başvermə müddətinə görə birincili və ikincili olaraq iki yerə bölünür.
Klinikası:

 

* Kəskin və yarımkəskin urogenital kandidoz;

 

* Xroniki (residivləşən) urogenital kandidoz;

 

* Kandidadaşıyıcılıq;

 


Kəskin və yarımkəskin formalarında xəstəlik 2 aydan artıq sürmür. Xəstəliyin klinik əlamətləri qabarıq olur. Xronik formada isə xəstəlik 2 aydan artıq sürür.


Diaqnostika:

 

Diaqnoz klinik simptomatika, baxışın nəticələrinə görə zədələnmə nəticələrinə görə, zədələnmə ocagından götürülmüş yaxmalarda bakterioskopik, bakterioloji, immunioloji, immunoferment, ekspress-test sınaqları vasitəsilə törədicinin aşkarlanmasına əsaslanır.


Müalicə:


Genital kandidozun müalicəsi törədiciyə etiotrop təsir və orqanizmdə mikrobla şərtlənən dəyişiklikləri aradan qaldırılması istiqamətində aparılır.Kəskin formada yerli spesifikmüalicə aparılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama