Koronavirusun beyin damarlarına təsiri məlum olub
31.12.2020 11:00

ABŞ-dan olan neyrofizyoloqlar hesab edir ki, yeni növ koronavirus infeksiyası tez-tez beyin toxumasına nüfuz etmir. Lakin damarların divarlarının zəifləməsinə səbəb olur ki, bu da öz növbəsində qanaxma və insultla nəticələnir.

 

Bu barədə ABŞ-ın Milli Səhiyyə İnstitutunun (NIH) mətbuat xidməti məlumat yayıb.

 

“SARS-CoV-2-yə yoluxmuş xəstələrin beynindəki kiçik qan damarlarının COVID-19 inkişaf etdikcə tez-tez zədələndiyini müşahidə etdik. Müşahidələrimiz bunun virusun xəstənin bədəninə nüfuz etməsi nəticəsində yaranan iltihablı reaksiyalarla əlaqəli olduğunu göstərir”, - aparıcı mütəxəssis Avindra Nat deyib.

 

Nat və həmkarları, bu ilin mart-iyul ayları arasında koronavirus infeksiyası ilə mübarizədə məğlub olan bir neçə xəstədə beynin qan dövranı sisteminin vəziyyətinin necə dəyişdiyini ətraflı araşdırıblar.

 

Elm adamlarının qeyd etdiyi kimi, bütün bu xəstələr, çox sürətli və qəfildən və ya SARS-CoV-2-nin ağ ciyərlərə nüfuz etməsi ilə əlaqəli olmayan səbəblərdən dünyasını dəyişiblər. İlkin təhlillər, ölümlərin beyin zədələnməsi ilə əlaqəli olduğunu göstərib. Lakin beyin zədələnməsinin hansı səbəbdən meydana gəlməsi sirr olaraq qalırmış:

 

“Başlanğıcda infeksiya və xroniki oksigen çatışmazlığından qaynaqlanan zərər izlərini görəcəyimizi gözləyirdik. Bunun əvəzinə, sinir toxumasında ümumiyyətlə insult və ya beyin iltihabı nəticəsində yaranan çox kiçik zədə gördük. Virusun hissəcikləri nə xəstələrin beynində, nə də damarlarında tapılmayıb. Məlum olub ki, immunitet sistemi virusa qarşı həddindən artıq yüksək müqavimət göstərir və qan damarlarının sağlam hüceyrələrinə hücum edərək onu zədələyir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub