Psixogen - SƏBƏBSİZ sonsuzluq necə müalicə olunur?
30.12.2020 10:21

Qadınlarda baş verən sonsuzluğun səbəblərindən biri də psixogen sonsuzluqdur. Psixogen sonsuzluq dedikdə uşaqlıq və yumurtalıq sistemində heç bir patoloji xəstəlikləri olmayan, hormonları normal olan, amma 1 ildən çox cinsi həyat keçirməsinə baxmayaraq hamilə qalmamaq nəzərdə tutulur. Bunun səbəbi qadının psixologiyasında problemlərin olmasıdır.

 

Dəfələrlə övladlığa uşaq götürdükdən sonra hamilə qalan qadınlara rast gəlinib. Bunun səbəbi qadının özünü ana hissetməsi və ya uşaqla məşğul olduğuna görə hamilə qala bilməməsi barədə düşünməməsidir.

 

Aztibb.az xəbər verir ki, psixoloji sonsuzluq çətin müalicə olunan xəstəlikdir. Onun müalicəsində psixoterapevtlərlə psixoloqlar birlikdə məşğul olurlar. Bəzən sedativ vasitələrin, trankvilizatorların təyininə baxmayaraq müalicə effektiv təsirini göstərmir.

 

Uzun müddət sonsuzluqdan əziyyət çəkən qadınlara psixonevroloqun konsultasiyası məsləhət görülür. Mütəxəssis tərəfindən mərkəzi sinir sistemini sakitləşdirən dərmanların təyini bəzi hallarda ovulyasiyanı stimulyasiya edən dərmanların təsirindən daha effektiv olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama