Vitamin çatışmazlığı haqqında xəbər verən - SİMPTOMLAR
30.12.2020 10:07

Payız və qış mövsümləri gəldiyi zaman yataqdan qalxmaq prosesi çətinləşir, işə və ya dərsə yuxulu halda gedirik, demək olar ki, çox zaman dağınıq və əsəbi oluruq. Bəzi insanlarda hətta depressiya yaranır.

 

Aztibb.az xəbər verir ki, bu əlamətlər orqanizmdə vitamin çatışmazlığı haqqında xəbər verir. Vitamin çatışmazlığını bərpa etməklə yenidən sağlıqlı və gümrah həyata davam etmək mümkündür.

 

AVİTAMİNOZ ƏLAMƏTLƏRİ

 

1. Dərinin quruması
E vitamininin çatışmazlığı səbəbindən yaranır. Bunu bərpa etmək üçün rasionunuza qoz-fındıq, yağlı balıq və bitki yağları əlavə edin.

2. Qırılan saç və dırnaqlar
Bu əlamətlər orqanizmdə B qrupu və kalsium çatışmazlığından xəbər verir. Bu vitaminlərlə əsasən paxlakimilər, buğdakimilər və çörəkdə zəngindir.

3. Damaq qanamaları
Bu, C vitamini çatışmazlığından xəbər verən əlamətdir. C vitamini ilə soğan, sarımsaq, meyvə-tərəvəzlər zəngindir.

4. Pis yuxu və qıcıqlanma
Maqnium və kalium çatışmazlığından xəbər verir. Bu mikroelementlər ərik qurusu, qara gavalı və çuğundurun tərkibində mövcuddur.

5. Gecə titrəmələri
Bu da həmçinin kalium və maqnium çatışmazlığından xəbər verir.

6. Dirsəklərdə dərinin rənginin dəyişməsi
Bu C və A vitamini çatışmazlığının aydın əlamətidir. Onlar bütün narınc meyvə və tərəvəzlərin tərkibində vardır: yerkökü, balqabaq, pomidor, ərik və ərik qurusu.

7. Şirniyyat istəyi
Sinir sistemi pozulduqda adətən belə hallar baş verir. Təcili halda enerji təchizatı olan qlükoza lazımdır. Bu halda bal və ya tünd şokolad istifadə etmək daha yaxşıdır.

8. Yeməklər dadsız, duzsuz hiss olunur
Bu depressiyanın əlamətlərindən xəbər verir.

9. Günəbaxan tumu çırtlamaq həvəsi yaranır
Orqanizmdə antioksidant çatışmazlığından xəbər verir.

10. Turş ərzaqlar yemək istəyi
Qaraciyər və öd kisəsinin stimullaşdırılması üçün orqanizm özü bu tip məhsulları tələb edir. Rasionunuza limon və quşüzümü əlavə edə bilərsiniz.

11. Dəniz məhsullarına qarşı istək
Bu adətən orqanizmdə yod çatışmazlığından xəbər verir.

 

Orqanizm çatışmazlıqlardan daima xəbər verə bilən inanılmaz ağıllı bir sistemdir. Sadəcə tələb olunan sizin bu "siqnallara" daim nəzər yetirməyinizdir!

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama