İmmuniteti möhkəmləndirən 5 ədviyyat
30.12.2020 09:53

Bəzi bitkilərin faydalı xüsusiyyətlərinə görə onları müntəzəm, lakin az miqdarda istifadə etmək lazımdır. Hətta bir çimdik ədviyyat belə immun sisteminin möhkəmlənməsinə kömək edir. İltihabı azaldır, orqanizmi artıq toksinlərdən və şlaklardan təmizləyir. Bəzi növləri isə hətta çəki atmağa yardımçı olur.

 

Aztibb.az  ədviyyatın bəzi növləri və onların faydalarını təqdim edir:

 

Oreqano

 

Bu ədviyyatsız İtalyan mətbəxini təsəvvür etmək mümkün deyil. Lakin, bu ədviyyat təkrarolunmaz dadı ilə yanaşı, həm də, unikal müalicəvi effektə malikdir.


Faydalı xüsusiyyətləri:
- sinir sistemini sakitləşdirir;
- yüksək antibakterial xüsusiyyətə malikdir;
- mədə-bağırsaq traktının fəaliyyətini normallaşdırır;
- sidikqovucu və ödqovucu təsir göstərir;
- immuniteti möhkəmləndirir;
- güclü tərlədici, bəlğəmgətirici, bronxit və bronxial astmada güclü təsir göstərir.

 

Hansı yeməklərdə istifadə etmək olar:


1. Omletdə;
2. Tərəvəzli şorbalarda;
3. Pizzalarda;
4. Salatlar üçün ədviyyat kimi;
5. Souslarda;
6. İkinci yeməklərdə;

 

Rozmarin


Qədim zamanlarda bu bitki bolluq, rifah və uzunömürlülük rəmzi hesab olunurdu. Hətta indi də bəzi ölkələrdə gənclərə "xoşbəxtlik və firavanlıq" üçün bu bitkinin budağından balaca bir hissə vermək kimi ənənə qalmaqdadır.

 

Faydalı xüsusiyyətləri:

- stres və əsəb gərginliyini aradan qaldırmağa yardımçı olur;
- ümumi yorğunluq zamanı orqanizmi tənzimləyir;
- soyuqdəyməni müalicə edir;
- iltihab əleyhinə, antioksidan, antidepresiv, ödqovucu kimi xassələrə malikdir;

 

Hansı yeməklərdə istifadə etmək olar:


1. Ət yeməklərində;
2. Balıq yeməklərində;
3. Marinadlarda;
4. Bitki çaylarında.

 

Kəklikotu

 

Çox faydalı bitkidir. Antioksidant fəaliyyətinə görə E vitamininə bərabərdir.

 

Faydalı xüsusiyyətləri:

 

tərqovucu, iltihab və mikrob əleyhinə təsirə malikdir;
- immuniteti möhkəmləndirir;
- iş görmə fəaliyyətini artırır;
- prostatitin inkişafına mane olur;
- cinsi zəifliyi aradan qaldırır.

 

Hansı yeməklərdə istifadə etmək olar:


1. Salatlar;
2. Şorbalar;
3. Qovurma yeməklərdə;
4. Yumurtadan hazırlanan bütün yeməklərdə;
5. Souslarda.

 

Sarıkök

 

Zəncəfilkimilər ailəsindəndir. Onun faydaları qiymətsizdir. Son məlumatlara görə, bu ədviyyat xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.

 

Faydalı xüsusiyyətləri:

 

- orqanizmi təmizləyir;

- həzmə müsbət təsir edir;
- soyuqlamanın qarşısını alır;
- güclü antioksidantdır;
- dərinin vəziyyətini yaxşılaşdırır;
- bədənin müdafiə gücünü bərpa edir;
- arıqlama zamanı istifadə edilir.

 

Hansı yeməklərdə istifadə etmək olar:
1. Şorbalar;
2. Plovlar;
3. Müxtəlif düyü yeməkləri.

 

Adaçayı

 

Soyuqdəymə və boğaz ağrısının öhdəsindən gələ bilən mükəmməl ədviyyatdır.

 

Faydalı xüsusiyyətləri:

- bağırsaqları təmizləyir;
- toksinləri və şlakları xaric edir;
- çəki atmaq üçün yardımçı olur;
- antioksidant təsirə malikdir;
- immuniteti möhkəmləndirir;
- öskürək və zökəm zamanı kömək edir.
 

 

Hansı yeməklərdə istifadə etmək olar:
1. Ət yeməklərində;
2. Balıq yeməklərində;
3. Souslarda;
4. Şorbalarda.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama