Depressiya xəstəliyinin əlamətləri
29.12.2020 09:55

Depressiya ən geniş yayılmış əsəb pozuntusudur. Əldə olan məlumatlara görə hər beş nəfərdən biri ömründə heç olmasa bir dəfə depressiya ilə xəstələnir.

 

Adi emosional dəyişikliklərdən fərqli olaraq depressiyada əhvali-ruhiyyənin enməsi və digər emosional pozuntular davamlı olur və bir sıra hallarda səbəbsiz meydana çıxır. 

 

Aztibb.az depressiya xəstəliyinin əlamətlərini təqdim edir:

 

* İnsan əvvəllər zövq aldığı şeylərdən artıq zövq almır, həyatdan soyuyur.

 

* Depressiyada olan şəxs hər şeydən çox tez yorulur, uzanıb yatmağa bəhanə axtarır.

 

* Ətrafdakı hər işə qarşı istəksiz olur.

 

* Bütün problemləri gözündə böyüdür, hər şeydən qorxur.

 

* Cinsi həvəsi olmur, cinsi əlaqə zamanı orqazm yaşamır.

 

* Depressiya xəstələrində yuxu pozğunluqları olur. Yuxuya getməkdə çətinlik çəkir.

 

* Hər şeydən küsür və hər şeyi özünə dərd edir.

 

* Qorxulu yuxular görür və qorxub oyanır.

 

* Depressiya xəstələri hövsələsiz, dözümsüz, əsəbi olur.

 

* Depressiya xəstələri həddindən artıq kökələ və ya arıqlaya bilirlər.

 

* Belə xəstələr yaddaşsız olurlar.

 

* Depressiyalı xəstələr həyatda heç nədən razı qalmırlar.

 

* Depressiyada olan adamlar heç nəyə sevinmirlər. Onların həyata olan sevgisi ölür.

 

* Belə xəstələr daima əllərində olanları itirmək qorxusu ilə yaşayırlar.

 

* Depressiya xəstələri özlərinə qarşı diqqətli olmurlar, geyimlərinə, saçlarına diqqət yetirmirlər.

 

* Onlarda digər ölkəyə getmək həvəsi olur.

 

* Hər şeydən şübhələnir və qısqanc olurlar.

 

* Hər şeyin ən pisini fikirləşirlər.

 

* İntihara meyilli olurlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama