BMT tərəfindən Beynəlxalq epidemiyaya qarşı mübarizəyə hazırlıq günü qeyd edilib
28.12.2020 19:12

Koronavirus pandemiyası - yoluxucu xəstəliklər epidemiyasının bəşəriyyət üçün hansı fəlakətli nəticələrə səbəb ola biləcəyinə dair parlaq nümunədir. İl ərzində COVID-19-a 80 milyondan çox insan yoluxub, təxminən 1,8 milyon insan dünyasını dəyişib.

 

Bir çox ölkə böhran vəziyyətinə düşüb. İqtisadiyyatın bütöv sektorları zərər çəkir, bir çox şirkətlər müflisləşib, on milyonlarla insan işsiz qalıb.

 

Aztibb.az xəbər verir ki, bunu BMT Beynəlxalq epidemiyaya qarşı mübarizəyə hazırlıq günü ilə bağlı xatırladır. Bu beynəlxalq gün ilk dəfə olaraq qeyd olunur.

 

“Beynəlxalq epidemiyaya qarşı mübarizəyə hazırlıq gününün ilk dəfə qeyd olunması çoxlarının qorxduğu ssenarinin faciəvi şəkildə gerçəkləşdiyi ilin sonuna təsadüf edir”, - deyə BMT-nin Baş katibi Beynəlxalq gün münasibətilə müraciətində söyləyib.

 

“İndiki pandemiya üzərində nəzarəti ələ keçirməyə çalışdığımız zaman biz artıq sonrakı pandemiya barədə düşünməyə başlamalıyıq. Təəssüf ki, eyni dərəcədə yoluxucu, lakin daha təhlükəli virusu asanlıqla təsəvvür etmək olar”, – deyə Antonio Quterreş əlavə edib.

 

O, bəşəriyyətin bu il ərzində çıxara biləcəyi nəticələri unutmamağa çağırıb. Ölkələr səhiyyə sistemlərini möhkəmləndirməli və istisnasız olaraq bütün vətəndaşlara tibbi xidmətlərdən istifadə etmək imkanını təmin etməlidirlər. Sosial müdafiə sistemini yaxşılaşdırmaq lazımdır. Dövlətlər bir-biri ilə fəal əməkdaşlıq etməlidirlər.

 

İnsanlar, həmçinin təbiətlə harmoniyada yaşamağı öyrənməlidirlər və bütün yeni əraziləri vəhşi təbiətdən almamalıdırlar: BMT-nin rəhbəri bütün yeni infeksiya xəstəliklərin 75 faizinin zoonoz olduğunu xüsusilə xatırladıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır