Azərbaycan 21 milyon dollar məbləğində töhfə ilə COVAX-a qoşulub - Nazir
28.12.2020 19:00

Milli səviyyədə COV:D-19 pandemiyasına qarşı mübarizədə bizim səylərimiz əsasən pandemiyanın iqtisadi və sosial sahələrə təsirlərini nəzərə almaqla, əhaliyə qarşı mənfi təsirlərin aradan qaldırılmasına yönəlmişdir.

 

Aztibb.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatının (GUAM) Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

 

Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə Azərbaycanın sədrlik etdiyi təşkilatların sammit görüşləri may ayında və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası 3-4 dekabr 2020-ci il tarixlərində keçirilmişdir. Azərbaycan indiyə kimi Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 Mübarizə Fonduna könüllü maliyyə yardımını (cəmi 10 milyon ABŞ dolları) təmin etmək məqsədilə 2 donor razılaşması imzalamışdır:

 

"Bu yaxınlarda biz 21 milyon ABŞ dolları məbləğində töhfə ilə COVAX-a (Vaccines Global Access Facility) qoşulmuşuq. Ümid edirik ki, tezliklə təhlükəsiz və effektiv vaksinlər əldə ediləcək və qlobal səviyyədə əlçatan qiymətlərlə paylaşılması üçün ictimai məhsullar kimi nəzərdən keçiriləcəkdir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub