Peyvənd olunmayanlar infeksion xəstəliklərə yoluxma riskinə məruz qalırlar - Həkim-pediatr
28.12.2020 16:01

Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizədə ən səmərəli və iqtisadi cəhətdən əlverişli üsul vaksinasiyadır. Həmin proses aktiv immunizasiya adlanır. Hələ qədim dövrlərdə müşahidə olunub ki, ağır yoluxucu xəstəlikləri bir dəfə keçirən şəxs bu xəstəliyə yenidən tutulmur və ya onu yüngül keçirir. Ona görə də pandemiya və epidemiyalar zamanı həmin şəxslərdən ibarət müəyyən qruplar yaradılır və onlar xəstələrə qulluq edirdilər.

 

Uşaqlarda vaksinasiyanın əsas məqsədi erkən dövrdə güclü immunitet yaratmaqdır. Bəşəriyyət tarixində bir çox yoluxucu xəstəliklərin qarşısı məhz peyvənd vurulmasından sonra alınıb.

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Telman Aytayevin dediyinə görə, vaksinasiya nəticəsində immun sistemi mikrobu tanıyır. Orqanizm mikrobu tanıyandan sonra ona qarşı immunitet yaranır və yoluxma zamanı infeksiyanın əlamətləri müşahidə edilmir.

 

Pediatr onu da qeyd edib ki, bəzən insanlar arasında peyvəndlər barədə yanlış söz-söhbətlər dolaşır. Bəziləri elə düşünür ki, peyvəndin ziyanı ola bilər və bu səbəbdən də vaksinasiyadan yayınmaq lazımdır. Həkim-pediatr deyib: “Bu, heç də belə deyil. Təbii ki, bütün tibbi prosedurlar kimi peyvəndlərin də yan təsirləri və allergiya riski ola bilər. Lakin peyvənd olunmayanlar daha böyük təhlükəyə – infeksion xəstəliklərə yoluxma riskinə məruz qalırlar. Peyvəndlər çox əhəmiyyətlidir və hətta bir çox ölkələrdə vaksinasiya edilməyənlər barədə ciddi qanunlar var”.

 

Həkim bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı peyvəndin kimlərə tətbiq edilməməsi ilə əlaqədar kiçik bir siyahı da təqdim edib. “Məsələn, nevroloji pozuntusu olan xəstələrdə peyvəndləmə aparılmaya bilər. Uşağın inkişafı normaldırsa və hansısa xəstəlik diaqnozu qoyulmayıbsa, peyvəndin vurulmamasına səbəb yoxdur. Səbəbsiz qızdırma olduqda isə peyvənd edilməsi bir həftə ləngiyə bilər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama