Botoksun insana hansı faydaları var? - ABŞ alimlərinin araşdırması
02.08.2020 00:12

Botoks inyeksiyaları bədənin hansı nahiyəsinə vurulmasından asılı olmayaraq antidepressiv effektə malikdir.

 

Aztibb.az xəbər verir ki, bu barədə ABŞ-ın bir qrup alimi “Scientific Reports” jurnalında dərc etdirdikləri məqalədə məlumat veriblər.

 

Tədqiqatçılar 40 000-dən çox pasiyent üzərində botoksun yan təsirlərini analiz ediblər. Həmin şəxslərə inyeksiyanı həm kosmetoloji, həm də tibbi (əzələ spazmları üçün) məqsədlərlə vurublar.

 

Bütün araşdırma iştirakçıları eyni həkim, lakin fərqli müalicə metodu tətbiq olunan nəzarət qrupunda toplanıblar. Məqsəddən və bədən üzvündən asılı olmayaraq botoks yeridilən insanlarda depressiv əlamətlər 40-88% daha az qeydə alınıb.

 

"Araşdırmanın nəticələri insanın əhvalına təsir edən və depressiya ilə mübarizə aparan yeni müalicə metodunu dəstəkləyir. Bu üsul məhdud sayda müşahidələrə deyil, kütləvi məlumatlara əsaslanır”, - deyə alimlər bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır