Ölüm riski yüksək olan inkişaf qüsuru ilə doğulmuş körpənin həyatı xilas olundu - Fotolar
28.12.2020 14:52

Mərkəzi Klinikada ciddi bağırsaq problemi ilə doğulmuş körpənin həyatı uğurlu əməliyyat nəticəsində xilas edilib.

 

Aztibb.az Mərkəzi Klinikaya istinadla xəbər verir ki, çəkisi 2 kq 200 qr olan körpə qız uşağı ölüm riski yüksək olan, bağırsaqların nadir ağır inkişaf qüsuru ilə dünyaya göz açmışdır:

 

“Hələ hamiləlik dövründən körpənin belə bir problemlə doğulacağı bəlli idi.

 

Yüksək riskli olsa da, körpənin bağırsaqlarını qorumaq məqsədilə elə doğulduğu gün onu əməliyyata almalı olduq.

 

Məlum oldu ki, bu kimi problemləri olan uşaqların 60%-i təəssüf ki, həyatını itirir. Belə ki, bağırsaqlar anormal yerləşirdi, acı bağırsağın ucu kor qurtarırdı və olduqca geniş idi. Digər bağırsaqlar bətndaxili işləmədiyi üçün olduqca incə idi və bağırsaqları qidalandıran damarlarda ciddi problem mövcud idi".

 

Lakin Mərkəzi Klinikanın uşaq cərrahı, uzman-həkim Fuad Hüseynovun həyata keçirdiyi uğurlu cərrahi əməliyyat, eləcə də klinikanın peşəkar həkim və neonotoloqlarının səyi nəticəsində bağırsaqlar uc-uca tikilmiş, öz yerinə yerləşdirilmişdir. Artıq körpə normal həyatına davam edir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır