Tez-tez soğan yemək ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır
28.12.2020 14:32

Soğan orqanizmə daxil olan kimi çox şeyi dəyişə bilir. Sağlamlığı gücləndirən vitamin və qidalarla zəngin olan soğan, gündəlik yeyildikdə möcüzələr yaradır.

 

Aztibb.az soğanın orqanizmə təsiri barədə məqaləni təqdim edir:

 

Hər gün soğan yeyəndə bədəndə nə kimi dəyişikliklər olur?

 

1. Sümük sıxlığını artırır.

 

Nə qədər qəribə səslənsə də, bir neçə araşdırma tez-tez soğan yeməyin sümük sıxlığına müsbət təsir etdiyini göstərir. 1 ay ərzində hər gün soğan yemək sümük sıxlığını 5 faiz artırır.

 

2. Yüksək xolesterolu azaltmaqla ürək sağlamlığını qoruyur.

 

İltihab əleyhinə xüsusiyyətə malik olan soğan, pis xolesterolu azaldır. Aşağı xolesterol səviyyəsi, ürək-damar xəstəliklərinin inkişaf riskini azaldaraq ürəyi də sağlam saxlayır.

 

3. Həzmi asanlaşdırır.

 

Liflərlə zəngin soğan həzmi sürətləndirir. Bağırsaqlarda "yaxşı bakteriya" istehsalını artıraraq həzm prosesini asanlaşdırır.

 

4. Hüceyrənin zədələnməsinin qarşısını alır.

 

Soğan orqanizm üçün faydalı olan 25 fərqli antioksidant ehtiva edir. Antioksidantlar isə bizi yalnız müəyyən xəstəliklərdən qorumur, həm də hüceyrələrin zədələnməsinin qarşısını alır.

 

5. Ağız və göz sağlamlığına faydalıdır.

 

Soğan təbii olaraq ağızdakı pis bakteriyaları məhv edərək ağız boşluğunun sağlamlığını təmin edir. Mikroblarla mübarizə aparan antimikrobiyal xüsusiyyətlər də dişləri gücləndirir. Soğanda kataraktla ilə mübarizə aparan və gözlər üçün çox faydalı bir maddə olan "quercetin" də var.

 

6. Normal yuxunu təmin edir.

 

Kolorado Universitetinin araşdırmaları göstərir ki, soğan yemək yuxu keyfiyyətini yaxşılaşdırır. Soğan əsasən bağırsaqların normal fəaliyyətini dəstəkləyən və stresi azaldan liflərdən ibarətdir.

 

7. Yaşlanmaya qarşı mübarizə apararaq dərini yeniləyir.

 

A, C və E vitaminləri ilə zəngin olan soğan, istədiyiniz parlaq və mükəmməl dəri əldə etməyə kömək edə bilər.

 

Bəzi bitkilər bədənində yaranan xəsarətləri, yaraları çox tez müalicə edə bilir. Bu baxımdan soğanı sızanaq, yara və ya yara izlərinin üzərinə qoyaraq müalicəvi nəticə əldə etmək olar, onun daxili membran qatında olan maddələr dərini sakitləşdirə və canlandıra bilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama